ADPK rəhbərliyinin iştirakı ilə Pedaqogika-Psixologiya FBK üzrə iclas keçirildi

24.04.2026-cı il tarixində ADPU-nun nəzdində ADPK-nın Rəhbərliyinin Pedaqogika-Psixologiya fənn birləşmə Komissiyası müəllimləri ilə iclası keçirilmişdir.
İclasda 2025/2026-cı tədris ilinin Payız semestri üzrə FBK müəllimlərinin fəaliyyəti təhlil edilmiş, qrup jurnallarının yoxlaması, payız imtahan sessiyasının nəticələri müzakirə edilmiş, yekunlaşmış tədris təcrübəsi dərslərinin keçirilməsi keyfiyyəti haqqında məlumat verılmişdir.
Müzakirə olunan məsələlər üzrə müəllimlərə müvafiq tövsiyyələr verilmiş, tədrisin keyfiyyətinin və tələbələrin hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görüləcək işlərdən bəhs edilmişdir.

“Beyin-Hədəfli Tədris Modeli” üzrə təlimlərin yekun mərhələsi uğurla başa çatdı

29 aprel tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda müəllimlərin peşəkar inkişafı proqramı çərçivəsində “Beyin-Hədəfli Tədris (Öyrətmə) Modeli” mövzusunda keçirilən silsilə təlimlərin yekun mərhələsi uğurla başa çatmışdır.

English Skills Development Club-da “Travel and Transport” mövzusunda növbəti görüş uğurla keçirildi

English Skills Development Club-da növbəti görüş uğurla keçirildi!
ADPU-nun nəzdində ADPK-nın xarici dil müəllimləri Əsədova Lalə, Mehbalıyeva Yasəmənin təşkilatçılığı ilə "English Skills Development Club" çərçivəsində növbəti görüş təşkil olundu.
Bu dəfəki məşğələnin mövzusu “Travel and Transport” olub.
Görüş zamanı tələbələr üçün “At the airport” və “On the bus” mövzularında sadə audio dinləmə tapşırıqları təqdim edildi. Dinləmə fəaliyyətləri vasitəsilə iştirakçılar gündəlik situasiyalarda istifadə olunan ifadələrlə yaxından tanış oldular və eşitmə bacarıqlarını inkişaf etdirdilər.
Daha sonra keçirilən rol oyunları çərçivəsində tələbələr müxtəlif ssenariləri canlandıraraq danışıq bacarıqlarını praktik şəkildə tətbiq etdilər.
İnteraktiv və maraqlı keçən bu fəaliyyətlər onların həm özünə inamını artırdı, həm də real ünsiyyət mühitinə daha yaxşı hazırlaşmalarına imkan yaratdı.
Görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və öyrədici mühitdə səmərəli şəkildə davam etdi.
"English Skills Development Club" fəaliyyətini davam etdirir!

Riyaziyyat-informatika fənn birləşməsinin iclası keçirildi

28 aprel 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Riyaziyyat-informatika fənn birləşməsinin iclası keçirilmişdir.
İclasda kollecin direktoru Amalya Sezgin, tədris şöbəsinin müdiri Xanımqız Rüstəmova, metodist Simuzər Qafarova və Riyaziyyat-informatika fənn birləşməsinin üzvləri iştirak etmişlər.
İclasda aşağıdakı məsələlər müzakirə olunmuşdur:
1. 2025-2026-cı tədris ilinin payız semestri üzrə qrup jurnallarının yoxlanılmasının FBK-lar üzrə nəticələri;
2. 2025-2026-cı tədris ilinin payız imtahan sessiyasının hesabatının FBK-lar üzrə təhlili;
3. Təcrübə dərslərinin keçirilməsinin keyfiyyəti;
4. Cari məsələlər (dərs dinləmələri, təsnifata əlavə edilməsi nəzərdə tutulan ixtisasların sənədlərinin hazırlanması vəziyyəti və digər məsələlər).
İclas kollecin direktoru Amalya Sezginin çıxışı ilə başlamışdır.
O, kollecdə aparılan ümumi işlərin vəziyyəti haqqında məlumat vermiş və qarşıda duran əsas vəzifələri qeyd etmişdir.
Daha sonra tədris şöbəsinin müdiri Xanımqız Rüstəmova və metodist Simuzər Qafarova gündəlikdə olan məsələlər üzrə çıxış etmiş, müvafiq təhlillər aparmış və təkliflərini bildirmişlər.
İclasın sonunda müzakirə olunan məsələlər üzrə müvafiq qərarların qəbul edilməsinin vacibliyi vurğulanmış, tədris prosesinin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi qərara alınmışdır.

Sosial iş və Menecment, eləcə də Humanitar FBK müəllimləri ilə birgə iclas keçirildi

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin rəhbərliyinin Sosial iş və Menecment, eləcə də Humanitar fənn birləşmə komissiyalarının müəllimləri ilə birgə iclası keçirilmişdir.
İclas zamanı müəllimlərin yarımil ərzində gördükləri işlərin ümumi nəticələri haqqında məlumat verilmiş, 2025/2026-cı tədris ilinin payız semestri üzrə qrup jurnallarının yoxlanılmasının nəticələri, payız imtahan sessiyasının hesabatı təqdim olunaraq müzakirə edilmişdir.
İclasda, həmçinin keçirilmiş tədris təcrübəsi dərslərinin keyfiyyəti və effektivliyi haqqında fikir mübadiləsi aparılmış, tədris prosesinin daha səmərəli təşkili, tələbələrin hazırlıq səviyyəsinin yüksəldilməsi və sənədləşmə işlərində mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq məsələlər müzakirə olunmuşdur.
Rəhbərliklə keçirilən görüşdə hər iki fənn birləşmə komissiyasının fəaliyyət istiqamətləri üzrə tədrisin keyfiyyətinin artırılması, metodiki işlərin təkmilləşdirilməsi, müəllimlərin pedaqoji fəaliyyətinin daha məqsədyönlü təşkili və tələbəyönümlü yanaşmanın gücləndirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürülmüşdür.
Müzakirə olunan məsələlər üzrə müəllimlərə müvafiq tapşırıqlar verilmişdir.