Aprelin 26-da "Memarlıq və Şəhərsalma ili" çərçivəsində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Azərbaycan dili və ədəbiyyat FBK-nın müəllimlərinin təşkilatçılığı, İT 25/02 SB qrupunda təhsil alan tələbələrin iştirakı ilə ekskursiya təşkil edilmişdir.
Səyahət qədim İçərişəhər küçələrindən başlayaraq Şirvanşahlar Sarayı Muzeyi və Qız Qalası ilə davam etdi.
Bu məkanlar şəhərimizin əsrlərdən gələn tarixini və zəngin mədəni irsini əyani şəkildə nümayiş etdirir.
Ekskursiya daha sonra müasir Bakının simvollarından biri olan Bakı Bulvarı boyunca davam edərək Zəfər Parkında tamamlandı.
Burada vətənpərvərlik dəyərləri, milli birlik və tariximizin şanlı səhifələri haqqında ətraflı məlumat verildi.
Ekskursiya boyunca tələbələr qədimlik və müasirliyin harmoniyasını aydın şəkildə hiss etdilər və bu onlarda xüsusi təəssürat yaratdı.
“Memarlıq və Şəhərsalma ili" çərçivəsində təşkil olunan ekskursiyamız iştirakçılar üçün həm maarifləndirici, həm də unudulmaz bir təcrübə olaraq onlarda həm keçmişimizə bağlılıq, həm də müasir inkişafımıza maraq hissini gücləndirmiş oldu.