Əlavə təhsil

Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafının, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsinin, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasının, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini daşıyır. Təkrar ali təhsil və orta ixtisas təhsili ilkin baza peşə-ixtisas təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduqda, mütəxəssislərə verilən əlavə təhsil növüdür. Proqramlar arasındakı fərq təkrar ali təhsil və orta ixtisas təhsili verən müəssisə tərəfindən müəyyən edilir.

Əlavə təhsilin məzmunu və təşkili istiqamətində tez tez verilən suallar:

Sual: Əlavə (təkar) təhsili kimlər ala bilər?
Cavab: Ali, orta ixtisas və peşə təhsili pillələrini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaş.  

Sual: Təkrar təhsil almaq üçün sənəd qəbulu nə zaman həyata keçirilir?
Cavab: may-avqust aylarında.  

Sual: Təkrar təhsil almaq üçün imtahan vermək lazımdırmı?
Cavab: Xeyr. Təhsil almaq üçün müsabiqə yetərlidir.  

Sual: Təkrar təhsili almaq üçün hansı sənədlər təqdim edilməlidir?
Cavab: Diplom Diploma əlavə (təhsil aldığı ixtisas üzrə keçdiyi fənnlər, saatlar əks olunan sənəd); Şəxsiyyət vəsiqəsinin sürəti; Ərizə forması (biz təqdim edirik).  

Sual: Kollecimizdə təkrar təhsil hansı ixtisaslar üzrə aparılır?
Cavab: Ailə və ev təhsili Dekorativ - tətbiqi sənət Kompüter şəbəkəsi və şəbəkə inzibatçılığı Mədəni kütləvi tədbirlərin təşkilatçılığı Rəngkarlıq Sosial iş Dizayn Kompüter şəbəkəsi avadanlıqlarının təmiri və servisi   

Sual: Təkrar təhsilin müddəti  nə qədərdir?
Cavab: 2 il ( əvvəl təhsil aldığı müəsisədəki kreditlər nəzərə alınır)  

Sual: Təkrar təhsilin formaları hansılardır?
Cavab: Əyani  

Sual: Təkrar təhsili bitirdikdə hansı sənəd verilir?
Cavab: Orta ixtisas təhsilini müvəffəqiyyətlə başa vuranlara subbakalavr dərəcəsi və orta ixtisas təhsili haqqında diplom verilir.  

Sual: Təhsil haqqı nə qədərdir?
Cavab: Ailə və ev təhsili – 1100 AZN Dekorativ - tətbiqi sənət – 1000 AZN Kompüter şəbəkəsi və şəbəkə inzibatçılığı – 1100 AZN Mədəni kütləvi tədbirlərin təşkilatçılığı – 1100 AZN Rəngkarlıq – 1000 AZN Sosial iş – 1000 AZN Dizayn – 1000 AZN Kompüter şəbəkəsi avadanlıqlarının təmiri və servisi – 1100 AZN

Sual: Əlavə məlumat almaq üçün hansı nömrə ilə əlaqə saxlaya bilərəm?
Cavab: +994 (51) 603-03-13; +994 (012) 537-72-11  

Sual: Sənədləri onlayn göndərmək üçün hansı ünvandan istifadə etməliyəm?
Cavab:  https://portal.edu.az/

Sual: Sənədlərin qəbul ünvanı haradır?
Cavab: Sənədlər Yasamal korpusunda qəbul edilir.              

Ünvan: İnşaatçılar pr.11 (II mərtəbə, otaq № 208)

*Qeyd: Kollecdə təkrar təhsil proqramları üçün nəzərdə tutulmuş ixtisasların tədrisi Sabunçu korpusunda həyata keçirilir.