Hörmətli tələbələr, dəyərli müəllimlər və əziz ziyarətçilər,
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin rəsmi veb-səhifəsinə xoş gəlmisiniz!
Kollecimiz zəngin tarixi ənənələri, peşəkar müəllim heyəti və müasir təhsil yanaşmaları ilə ölkəmizin pedaqoji kadr hazırlığında mühüm rol oynayır. Kollecimiz uzun illərin təhsil ənənələrini müasir yanaşmalarla birləşdirərək, cəmiyyətə faydalı, innovativ düşüncəli və məsuliyyətli mütəxəssislər yetişdirməyi qarşıya məqsəd qoyur. 2024-2028-ci illər üzrə Strateji İnkişaf Planımız bu istiqamətdə fəaliyyətimizin əsas yol xəritəsidir.
Bizim missiyamız – etik dəyərlərə sadiq, sosial məsuliyyətli və davamlı inkişaf edən mütəxəssislər yetişdirmək, vizyonumuz isə ölkəmiz üçün yenilikçi və rəqabətqabiliyyətli kadrlar hazırlayan aparıcı kollec kimi inkişaf etməkdir. Burada biz hər bir tələbənin potensialına inanır, onların bilik və bacarıqlarının inkişafı üçün müasir tədris texnologiyalarına, elmi-metodik yeniliklərə və praktik təcrübəyə əsaslanan imkanlar təqdim edirik. Müəllimlərimizin peşəkarlığı, səmərəliliyi və fədakarlığı kollecin uğurlarının əsasını təşkil edir.
Kollecimizin fəaliyyətində humanist dəyərlər, inklüzivlik, əməkdaşlıq və məsuliyyət prinsipləri prioritet yer tutur. Biz tələbələrimizi yalnız peşəkar kadr kimi deyil, həm də cəmiyyətə fayda verən, yüksək mənəvi keyfiyyətlərə malik vətəndaş kimi formalaşdırmağı hədəfləyirik. “Öyrən, inkişaf et – gələcəyi qur!” şüarı ilə fəaliyyət göstərən kollecmizdə hər bir tələbənin uğuru bizim üçün böyük bir dəyərdir. Biz tələbələrimizin istedadını, yaradıcılığını və peşəkar potensialını açmaq üçün etibarlı, təhlükəsiz və innovativ təhsil mühiti qurmağa davam edirik.
Əziz tələbələr, sizə kollec həyatında fəal iştirak etməyinizi, təhsil və inkişaf imkanlarından maksimum istifadə etməyinizi arzulayıram. Kollec ailəsinin bir üzvü kimi hər birinizin uğuruna, burada qazandığınız bilik və bacarıqların gələcək həyatınızda möhkəm dayaq olacağına inanıram. Sizə səmərəli təhsil, yeni nailiyyətlər və yüksəlişlə dolu bir tələbəlik həyatı arzulayıram. Əminəm ki, birlikdə daha böyük uğurlara imza atacağıq.
Əziz ziyarətçilər, Sizi kollecimizin tədris həyatı, nailiyyətləri, layihələri və yenilikləri ilə yaxından tanış olmağa dəvət edirəm.
Hörmətlə,
Amalya Sezgin
Direktor