Missiyamız

Image

Azərbaycan Dövlət Pedaqoji Kolleci müxtəlif ixtisaslar üzrə müasir bilik və bacarıqlara malik, sosial məsuliyyətli, yaradıcı və innovativ düşüncəli mütəxəssislər yetişdirməyi qarşısına məqsəd qoyur. Kollec çevik və inklüziv təhsil yanaşması ilə davamlı inkişafı dəstəkləyir, rəqabətqabiliyyətli, dəyərlərə əsaslanan və gələcəyə yönəlmiş vizyonu ilə seçilir.

Əsas Dəyərlərimiz və Strateji Baxışımız

Missiyamız

Sosial məsuliyyət şüuru ilə problemlərə həssaslıqla yanaşan, etik dəyərlərə riayət edən, şəxsi və peşəkar sahədə daim yenilənən şəxsiyyətlər yetişdirmək

Vizyonumuz

Bəşəriyyət və ölkəyə faydalı, bilikləri ilə gələcəyə istiqamət verən yenilikçi məzunlar yetişdirən kollec olmaq

Dəyərlərimiz

Təşkilati etika: ADPK daim fəaliyyətində akademik və peşə etikasını qoruyur, işçi və tələbə kontingentinin hüquqlarına, fikirlərinə hörmətlə yanaşmaq

İştiraklılık: Qərarvermənin bütün mərhələlərində maraqlı tərəflərin iştirakı

Keyfiyyətlilik: Bütün fəaliyyətlərdə - təhsil, tərbiyə, təhsilalan və təhsilverən münasibətlərində yüksək keyfiyyət əldə etməyə çalışmaq

Cəmiyyət mənafeyini düşünmək: Təhsil millətin gələcəyidir prinsipi ilə yanaşaraq daim cəmiyyətin mənafeyini qorumaq İnnovativlik: Daim yeniliklərə açıq olmaqla, dəyişməkdən və inkişaf etməkdən çəkinməmək

Əməkdaşlıq: Bütün dəyərlərə əməl etməklə ümumi məqsədlər naminə müvafiq tərəfdaşlarla əməkdaşlıq etmək.

Hədəflərimiz

  • Əmək bazarının tələblərinə uyğun məzunlar hazırlamaq və nəticədə yüksək göstəricili tələbə qəbulu səviyyəsini artırmaq
  • Təhsilalanlarda texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək bacarıqları formalaşdırmaq
  • Təhsilin keyfiyyətini yüksəltməklə ixtisaslı məzunlar yetişdirmək İnnovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılması
  • Ehtiyac duyulan sahələrdə ixtisaslı pedaqoji heyətin sayını artırmaq Müasir standartlara cavab verən pedaqoji heyət formalaşdırmaq
  • Müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsi
  • Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması
  • Bütün səviyyələrdə effektiv ünsiyyəti dəstəkləyən şəffaf mühit yaratmaq İxtisaslara uyğun olaraq öyrənmə mühitinin formalaşdırmaq
  • Müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması
  • İnteqrasiya olunmuş yanaşma ilə öyrənmə və tədris, tədqiqat və innovasiyanın qarşılıqlı əlaqəsini təkmilləşdirmək
  • Tələbə və müəllimlərin şəxsi və peşəkar inkişafına dəstək olmaqla kollecdən məmnunluğu artırmaq
  • Peşəkar inkişaf mədəniyyətini, əqli, fiziki və emosional sağlamlığın davamlı tarazlığını təşviq etmək
  • Davamlı proseslərin təkmilləşdirilməsi mədəniyyətini formalaşdırmaq
  • Yerli və beynəlxalq səviyyədə mübadilə proqramlarına qoşulmaq, sənaye ilə münasibətləri inkişaf etdirmək
  • Tələbə və işçilərdə kooperativ mədəniyyəti formalaşdırmaq
  • Tələbəyönümlü fəaliyyət göstərməklə, müasir dövrün tələbələrinin kollec məmnunluğunu artırmaq
  • Kollec həyatının bütün aspektlərində müxtəlifliyi və inklüzivliyi təşviq etmək və qorumaq