
Azərbaycan Dövlət Pedaqoji Kolleci müxtəlif ixtisaslar üzrə müasir bilik və bacarıqlara malik, sosial məsuliyyətli, yaradıcı və innovativ düşüncəli mütəxəssislər yetişdirməyi qarşısına məqsəd qoyur. Kollec çevik və inklüziv təhsil yanaşması ilə davamlı inkişafı dəstəkləyir, rəqabətqabiliyyətli, dəyərlərə əsaslanan və gələcəyə yönəlmiş vizyonu ilə seçilir.
Qeydiyyat
Elektron kitrabxana
Kitabxana fondunun rəqəmsallaşdırılması prosesi çərçivəsində, kitabxanada mövcud olan tələbat olan ədəbiyyatların elektron versiyaları hazırlanır. Bu məqsədlə çap formatında olan kitablar və digər informasiya resursları xüsusi texniki vasitələrdən istifadə edilməklə skan edilir və elektron formata keçirilir. Rəqəmsallaşdırılmış materiallar sistemləşdirilərək elektron bazaya yerləşdirilir və istifadəçilərin rahat şəkildə onlara çıxışı təmin olunur. Bu proses tələbələrin və müəllim heyətinin istənilən vaxt, istənilən yerdən mütaliə və elmi araşdırma imkanlarını genişləndirir.
Əlverişli mühit
Buyurun,
Sizi Gözləyirik
İş saatları:
- Həftə içi: 09:00 – 18:00 PM
- Həftə sonu və bayram günləri fəaliyyət göstərmirik
Yerləşmə:
Kitabxana hər 2 tədris binasında fəaliyyət göstərir.