
Azərbaycan Həmkarlar İttifaqı müxtəlif dövrlərdə fəaliyyət göstərsə də hər bir dövrdə insanların inam və güvənc yeri olub. Həmkarlar İttifaqı dedikdə insanların peşə fəaliyyətləri ilə bağlı ümumi maraqlarını təmsil edən, onların əmək və mənafelərinin müdafiəsi üçün yaranan ictimai təşkilat başa düşülür.
Həmkarlar İttifaqı
Həmkarlar ittifaqı kollecdə çalışan işçi heyətinin habelə təqaüddə olan işçilərin və təhsil alan tələbələrin əmək,sosial- iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün fəaliyyət göstərən ictimai təşkilatdır. Həmkarlar ittifaqı əmək,sosial-iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında iştirak edir.
- İnzibati işçi-101 nəfər
- Müəllim-216 nəfər
- Tələbə-1016
Həmkarlar İttifaqının üzvlərinə təqdim etdiyi xidmətlər: Həmkarlar İttifaqı üzvlərinə hüquqi, maddi və digər yardım növlərini göstərir;Həmkarlar İttifaqının məqsəd və vəzifələrindən irəli gələn, mövcud qanunvеriciliklə qadağan еdilməyən digər fəaliyyəti həyata kеçirir.
Sanatоriya - kurоrt müalicəsinin, uşaq sağlamlıq istirahətinin, mədəniyyət müəssisələrinin təşkili, əlavə təhsil, istirahət, turizm, bədən tərbiyəsi və idman, хеyriyyəçilik fəaliyyətinin təşkil оlunmasında və inkişafında iştirak еdir.