ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi Vüsalə Kərimova 23–25 aprel tarixlərində Şuşada keçirilən VI Beynəlxalq Elmi Tədqiqat Konqresində iştirak etmişdir.
Tədbir çərçivəsində Vüsalə Kərimova “Rəqəmsal mühitdə dilin ontoloji statusu: fan fiction mühiti kontekstində” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə rəqəmsal mühitdə dilin funksional və ontoloji transformasiyaları, fan fiction mühitinin bu prosesə təsiri, müəlliflik anlayışının yenidən formalaşması və müasir diskursda dilin yeni məzmun qazanması məsələləri elmi əsaslarla təhlil olunmuşdur.
Konqres çərçivəsində təqdim olunan məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanmış, elmi müzakirələr və qarşılıqlı əməkdaşlıq imkanları geniş şəkildə dəyərləndirilmişdir.