ADPU-nun nəzdində ADPK-nın Humanitar FBK-nın təşkilatçılığı ilə FBK-nın müəllimi Nəsirova Nərmin tərəfindən “Tariximizin izi” adlı dərnəyin fəaliyyəti çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir zamanı 1920-ci il 28 aprel tarixində Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna gətirib çıxaran tarixi-siyasi səbəblər, həmin dövrdə ölkədə baş verən mürəkkəb proseslər və müstəqilliyimizin itirilməsinin xalqımızın taleyində yaratdığı ağır nəticələr haqqında geniş məlumat verilmişdir.
Tədbir çərçivəsində tələbələrlə birlikdə “Son iclas” filmi izlənilmiş və filmin müzakirəsi aparılmışdır.
Müzakirə zamanı filmdə əks olunan tarixi hadisələr, AXC dövrünün dövlətçilik ənənələri, milli mübarizə ruhu və istiqlal ideyalarının əhəmiyyəti barədə fikir mübadiləsi aparılmışdır.
Seminar zamanı tələbələrin fəal iştirakı təmin olunmuş, mövzu ətrafında suallar cavablandırılmış və tarixi faktlar əsasında geniş diskussiya keçirilmişdir.
Tədbir tələbələrdə milli dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi, tarixi yaddaşın qorunması və vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Bizimlə əlaqə
Yasamal tədris binası:
Bakı şəhəri, İnşaatçılar pr.45
Telefon: +99412 539 11 71
Email: [email protected]
İş saatları: 09:00 - 18:00
Sabunçu tədris binası:
Bakı şəhəri, Yusif Qasımov küç., 41
Telefon: (+994 12) 550-81-83
Email: [email protected]
İş saatları: 09:00 - 18:00