ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin xarici dil müəllimi Hüseynova Günelin təşkilatçılığı ilə “Conversation Club” çərçivəsində növbəti görüş uğurla keçirilmişdir.
Bu dəfəki görüş “Planning a Project with Groupmates” mövzusuna həsr olunmuşdur.
Görüş zamanı tələbələr qrup daxilində səmərəli əməkdaşlığın qurulması, layihələrin düzgün planlaşdırılması və vaxtın idarə olunması kimi mühüm bacarıqlar ətrafında müzakirələr aparmışlar.
İnteraktiv fəaliyyətlər və fikir mübadiləsi nəticəsində iştirakçılar həm ingilis dili biliklərini təkmilləşdirmiş, həm də komanda işi sahəsində praktik təcrübə qazanmışlar.
Görüş müddətində tələbələrin fəal iştirakı və maraqlı müzakirələri xüsusi diqqət cəlb etmişdir.
“Conversation Club” görüşləri tələbələrin ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinə, eləcə də real həyat mövzuları üzərində düşünmə və fikir mübadiləsi aparma vərdişlərinin formalaşdırılmasına geniş imkan yaradır.
Növbəti görüşlərdə yenidən bir araya gəlmək ümidi ilə.