28 aprel 2026-cı il tarixində ADPU-nun nəzdində ADPK-nın “Pedaqogika–Psixologiya” FBK-nın fəaliyyət planına uyğun olaraq, fbk müəllimi Rüstəmova Dürrə Ağaisa qızının təşkilatçılığı və kollecin İnkluziv təhsil ixtisasının İT 25/03SB III kurs tələbələrinin iştirakı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Ümumdünya Məskunlaşma Gününə həsr olunmuş qrupdaxili dəyirmi masa keçirildi.
Tədbirin əsas məqsədi şəhərsalma və memarlıq sahəsində mövcud vəziyyətin müzakirəsi, aktual problemlərin müəyyən edilməsi və gələcək inkişaf perspektivlərinin dəyərləndirilməsi olmuşdur.
Eyni zamanda Ümumdünya Məskunlaşma Gününün əhəmiyyəti vurğulanmış, bu sahədə mövcud çağırışlar və imkanlar ətrafında fikir mübadiləsi aparılmışdır.
Tələbələr tərəfindən Şəhərsalmanın insan həyatına təsiri, Müasir və dayanıqlı şəhərlərin qurulması, Memarlıq irsinin qorunması, Sosial mühit və yaşayış şəraiti, Gənclərin şəhərsalma sahəsində roluna dair maraqlı təqdimatlar dinlənilmiş, mövzu ətrafında fəal müzakirələr keçirilmiş və gələcək inkişaf üçün müxtəlif təkliflər səsləndirilmişdir.
Tədbir iştirakçıların böyük marağı və aktivliyi ilə yadda qalmışdır.