ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin rəhbərliyinin Sosial iş və Menecment, eləcə də Humanitar fənn birləşmə komissiyalarının müəllimləri ilə birgə iclası keçirilmişdir.
İclas zamanı müəllimlərin yarımil ərzində gördükləri işlərin ümumi nəticələri haqqında məlumat verilmiş, 2025/2026-cı tədris ilinin payız semestri üzrə qrup jurnallarının yoxlanılmasının nəticələri, payız imtahan sessiyasının hesabatı təqdim olunaraq müzakirə edilmişdir.
İclasda, həmçinin keçirilmiş tədris təcrübəsi dərslərinin keyfiyyəti və effektivliyi haqqında fikir mübadiləsi aparılmış, tədris prosesinin daha səmərəli təşkili, tələbələrin hazırlıq səviyyəsinin yüksəldilməsi və sənədləşmə işlərində mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq məsələlər müzakirə olunmuşdur.
Rəhbərliklə keçirilən görüşdə hər iki fənn birləşmə komissiyasının fəaliyyət istiqamətləri üzrə tədrisin keyfiyyətinin artırılması, metodiki işlərin təkmilləşdirilməsi, müəllimlərin pedaqoji fəaliyyətinin daha məqsədyönlü təşkili və tələbəyönümlü yanaşmanın gücləndirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürülmüşdür.
Müzakirə olunan məsələlər üzrə müəllimlərə müvafiq tapşırıqlar verilmişdir.