28 aprel 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Riyaziyyat-informatika fənn birləşməsinin iclası keçirilmişdir.
İclasda kollecin direktoru Amalya Sezgin, tədris şöbəsinin müdiri Xanımqız Rüstəmova, metodist Simuzər Qafarova və Riyaziyyat-informatika fənn birləşməsinin üzvləri iştirak etmişlər.
İclasda aşağıdakı məsələlər müzakirə olunmuşdur:
1. 2025-2026-cı tədris ilinin payız semestri üzrə qrup jurnallarının yoxlanılmasının FBK-lar üzrə nəticələri;
2. 2025-2026-cı tədris ilinin payız imtahan sessiyasının hesabatının FBK-lar üzrə təhlili;
3. Təcrübə dərslərinin keçirilməsinin keyfiyyəti;
4. Cari məsələlər (dərs dinləmələri, təsnifata əlavə edilməsi nəzərdə tutulan ixtisasların sənədlərinin hazırlanması vəziyyəti və digər məsələlər).
İclas kollecin direktoru Amalya Sezginin çıxışı ilə başlamışdır.
O, kollecdə aparılan ümumi işlərin vəziyyəti haqqında məlumat vermiş və qarşıda duran əsas vəzifələri qeyd etmişdir.
Daha sonra tədris şöbəsinin müdiri Xanımqız Rüstəmova və metodist Simuzər Qafarova gündəlikdə olan məsələlər üzrə çıxış etmiş, müvafiq təhlillər aparmış və təkliflərini bildirmişlər.
İclasın sonunda müzakirə olunan məsələlər üzrə müvafiq qərarların qəbul edilməsinin vacibliyi vurğulanmış, tədris prosesinin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi qərara alınmışdır.