English Skills Development Club-da növbəti görüş uğurla keçirildi!
ADPU-nun nəzdində ADPK-nın xarici dil müəllimləri Əsədova Lalə, Mehbalıyeva Yasəmənin təşkilatçılığı ilə "English Skills Development Club" çərçivəsində növbəti görüş təşkil olundu.
Bu dəfəki məşğələnin mövzusu “Travel and Transport” olub.
Görüş zamanı tələbələr üçün “At the airport” və “On the bus” mövzularında sadə audio dinləmə tapşırıqları təqdim edildi. Dinləmə fəaliyyətləri vasitəsilə iştirakçılar gündəlik situasiyalarda istifadə olunan ifadələrlə yaxından tanış oldular və eşitmə bacarıqlarını inkişaf etdirdilər.
Daha sonra keçirilən rol oyunları çərçivəsində tələbələr müxtəlif ssenariləri canlandıraraq danışıq bacarıqlarını praktik şəkildə tətbiq etdilər.
İnteraktiv və maraqlı keçən bu fəaliyyətlər onların həm özünə inamını artırdı, həm də real ünsiyyət mühitinə daha yaxşı hazırlaşmalarına imkan yaratdı.
Görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və öyrədici mühitdə səmərəli şəkildə davam etdi.
"English Skills Development Club" fəaliyyətini davam etdirir!