Sabunçu korpusunda “Doğru seçim – sağlam gələcək” mövzusunda maarifləndirici tədbir keçirilib

29 aprel 2026-cı il tarixində ADPU-nun nəzdində ADPK-nın Sabunçu korpusunun akt zalında Dövlət Proqramı Pedaqogika-Psixologiya Fənn Birləşməsinin fəaliyyət planı çərçivəsində fbk müəllimi İlhamə Rəsulovanın təşkilatçılığı ilə narkomaniya əleyhinə mübarizəyə həsr olunmuş “Doğru seçim – sağlam gələcək” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirin keçirilməsində məqsəd tələbələri narkomaniyanın fəsadları, ondan qorunma yolları və sağlam həyat tərzinin əhəmiyyəti barədə maarifləndirmək, gəncləri düzgün seçim etməyə və sağlam gələcək qurmağa təşviq etmək idi.
Tədbirdə qonaqların çıxışları gənclər üçün çox faydalı oldu.
Narkomaniyanın cəmiyyətə və ailələrə vurduğu ağır fəsadlardan danışıldı.
Gənclərin düzgün seçim etməsinin vacibliyi vurğulandı və sağlam həyat tərzinin hər bir insanın gələcəyini müəyyənləşdirdiyi qeyd edildi.
Psixoloji baxımdan narkotik asılılığının insanın düşüncə və davranışlarına necə mənfi təsir göstərdiyini və psixoloji dayanıqlığın narkomaniyadan qorunmada əsas rol oynadığı bildirildi.
Çıxışlar tələbələr tərəfindən maraqla dinlənildi.
Gənclər sağlam gələcək naminə doğru seçim etməyin vacibliyini bir daha dərk edərək dəyərli məlumatlar əldə etdilər.

“İncəsənət və fiziki tərbiyə” FBK-nın müəllim və tələbələri beynəlxalq seminarda sertifikatla təltif olunublar

ADPU-nun nəzdində ADPK-nın "İncəsənət və fiziki tərbiyə" FBK-nın müəllimi Nurcahan Orucova və DTS25/02SB qrupunun tələbələri 02.05.2026-cı il tarixində "Hilton Baku"otelində təşkil olunmuş Beynəlxalq seminarda iştirak ediblər.
Seminar iştirakçıları İçərişəhərdə keçirilən Xalça festivalında da iştirak ediblər.
Müəllim və tələbələrimiz beynəlxalq sertifikata layiq görülüblər.

Tələbələr voleybol məşğələlərinə görə təltif olunublar

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Məktəbəqədər Təhsil və İnklüziv Təhsil şöbələrinin tələbələri asudə vaxtlarının səmərəli təşkili məqsədilə Fiziki Tərbiyə müəllimi Quliyev Toğrulun təşəbbüsü və rəhbərliyi ilə noyabr–aprel aylarını əhatə edən dövr ərzində voleybol idman növü üzrə sistemli məşğələlərə cəlb olunmuşlar.
Həyata keçirilən bu təşəbbüs tələbələrin fiziki hazırlığının yüksəldilməsinə, komanda ruhunun gücləndirilməsinə, sağlam həyat tərzinə marağın artırılmasına və asudə vaxtlarının məqsədyönlü təşkilinə mühüm töhfə vermişdir.
Proqramın uğurla icrası nəticəsində tələbələrin aktiv iştirakı və göstərdikləri irəliləyiş nəzərə alınaraq, kollecin direktoru Amalya Sezgin və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Sevda Axundova tərəfindən onlar “Təşəkkürnamə” və voleybol idman forması ilə təltif olunmuşlar.
 

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində voleybol turniri başa çatdı – ADPK I yerin qalibi oldu

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan silsilə idman tədbirləri çərçivəsində qızlar arasında keçirilən voleybol turniri uğurla yekunlaşmışdır. Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə baş tutan turnir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuşdur.
29 aprel 2026-cı il tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecində keçirilən final oyunları yüksək rəqabət şəraitində baş tutmuşdur. Final mərhələsi və mükafatlandırma mərasimində YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Orxan Məmmədov, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, kollecin direktoru Dilarə Məmmədəliyeva, təşkilat nümayəndələri, idman ictimaiyyətinin üzvləri və iştirakçılar iştirak etmişlər.
Yüksək rəqabət şəraitində keçən final mərhələsində komandalar qalibiyyət uğrunda gərgin mübarizə aparmışlar.
Turnirin yekun nəticələrinə əsasən:
🥇 I yer – ADPK
🥈 II yer – AzMİU
🥉 III yer – BDU
Komandamızı təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

ADPK-da 2026/2027-ci tədris ili üçün yeni ixtisaslar üzrə tədris aparılacaq

Diqqət!
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində
2026/2027-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə tədris aparılacaq.