29 aprel 2026-cı il tarixində ADPU-nun nəzdində ADPK-nın Sabunçu korpusunun akt zalında Dövlət Proqramı Pedaqogika-Psixologiya Fənn Birləşməsinin fəaliyyət planı çərçivəsində fbk müəllimi İlhamə Rəsulovanın təşkilatçılığı ilə narkomaniya əleyhinə mübarizəyə həsr olunmuş “Doğru seçim – sağlam gələcək” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirin keçirilməsində məqsəd tələbələri narkomaniyanın fəsadları, ondan qorunma yolları və sağlam həyat tərzinin əhəmiyyəti barədə maarifləndirmək, gəncləri düzgün seçim etməyə və sağlam gələcək qurmağa təşviq etmək idi.
Tədbirdə qonaqların çıxışları gənclər üçün çox faydalı oldu.
Narkomaniyanın cəmiyyətə və ailələrə vurduğu ağır fəsadlardan danışıldı.
Gənclərin düzgün seçim etməsinin vacibliyi vurğulandı və sağlam həyat tərzinin hər bir insanın gələcəyini müəyyənləşdirdiyi qeyd edildi.
Psixoloji baxımdan narkotik asılılığının insanın düşüncə və davranışlarına necə mənfi təsir göstərdiyini və psixoloji dayanıqlığın narkomaniyadan qorunmada əsas rol oynadığı bildirildi.
Çıxışlar tələbələr tərəfindən maraqla dinlənildi.
Gənclər sağlam gələcək naminə doğru seçim etməyin vacibliyini bir daha dərk edərək dəyərli məlumatlar əldə etdilər.