ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Məktəbəqədər Təhsil və İnklüziv Təhsil şöbələrinin tələbələri asudə vaxtlarının səmərəli təşkili məqsədilə Fiziki Tərbiyə müəllimi Quliyev Toğrulun təşəbbüsü və rəhbərliyi ilə noyabr–aprel aylarını əhatə edən dövr ərzində voleybol idman növü üzrə sistemli məşğələlərə cəlb olunmuşlar.
Həyata keçirilən bu təşəbbüs tələbələrin fiziki hazırlığının yüksəldilməsinə, komanda ruhunun gücləndirilməsinə, sağlam həyat tərzinə marağın artırılmasına və asudə vaxtlarının məqsədyönlü təşkilinə mühüm töhfə vermişdir.
Proqramın uğurla icrası nəticəsində tələbələrin aktiv iştirakı və göstərdikləri irəliləyiş nəzərə alınaraq, kollecin direktoru Amalya Sezgin və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Sevda Axundova tərəfindən onlar “Təşəkkürnamə” və voleybol idman forması ilə təltif olunmuşlar.