Cəlil Məmmədquluzadənin xatirəsi “Kino günü” çərçivəsində yad olundu

Müəllimlərin asudə vaxtının səmərəli dəyərləndirilməsi məqsədilə həyata keçirilən 5 həftəlik proqram çərçivəsində 05.05.2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda “Azərbaycan dili və ədəbiyyat
FBK”-sı, müəllimlərdən Gülnarə Kazımova və Günel Dadaşovanın təşkilatçılığı ilə Azərbaycanın dahi yazıçısı, maarifçi realist ədəbiyyatın ən görkəmli nümayəndələrindən biri Cəlil Məmmədquluzadənin xatirəsi yad olundu.
“Kino günü” proqramı çərçivəsində dahi sənətkarın məşhur “Ölülər” əsərinin motivləri əsasında çəkilmiş O dünyadan salam filmi nümayiş olundu.
Filmdə elmiliklə cahillik, köhnəliklə yenilik qarşı-qarşıya təqdim olunur.
Müasir və yenilikçi düşüncəyə malik obrazlar hadisələrə məntiq və araşdırma ilə yanaşır, problemlərin həllini bilikdə axtarırlar.
Filmin nümayişi bitdikdən sonra onun haqqında diskussiya aparıldı.

“World Urban Forum 13” mövzusunda dəyirmi masa təşkil olunub

5 may 2026-cı il tarixində ADPU-nun nəzdində ADPK-nın “Azərbaycan dili və ədəbiyyat” FBK-nın müəllimləri Tağıyeva Samirə və Qasımova Tənzilənin təşkilatçılığı ilə İT25/02SB qrup tələbələrinin iştirakı ilə World Urban Forum (Ümumdünya Şəhərsalma Formu) 13-ün Azərbaycanda keçirilməsi ilə bağlı dəyirmi masa keçirilmişdir.
Tədbirin əsas məqsədi iştirakçıları beynəlxalq səviyyəli bu forumun mahiyyəti, məqsədləri və əhəmiyyəti ilə tanış etmək, onlarda şəhərsalma, davamlı inkişaf və inklüziv şəhər anlayışları barədə məlumatlılığı artırmaq olmuşdur.
Dəyirmi masa çərçivəsində tələbələr mövzu ilə bağlı çıxışlar etmiş, təqdimatlar nümayiş etdirmişlər.
Çıxış və təqdimatlarda şəhərlərin gələcəyi, inklüziv mühitin formalaşdırılması, ekoloji tarazlıq, eləcə də müasirlik və tarixiliyin vəhdəti kimi aktual məsələlərə toxunulmuş və bu mövzular ətrafında geniş müzakirə aparılmışdır.
Tələbələr eyni zamanda mövzu ilə bağlı hazırladıqları posterləri təqdim etmişlər.
Tələbələr müzakirələr zamanı öz fikir və təkliflərini sərbəst şəkildə ifadə etmiş, şəhər mühitinin hər kəs üçün əlçatan və rahat olması ideyasını ön plana çıxarmışlar.
İnteraktiv formada keçirilmiş maarifləndirici tədbir tələbələrin dünyagörüşünün genişlənməsinə, onların tədqiqat, təqdimat və ünsiyyət bacarıqlarının inkişafına mühüm töhfə vermişdir.

Tələbələr Azərbaycan Milli Tarix Muzeyinə ekskursiyada iştirak ediblər

Mayın 4-də ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin HFB-nin müəllimləri Sadıqova Gülnarə və Əmirova Elnarənin təşkilatçılığı ilə İT24/01SB, İT24/02SB, İT24/03SBr və İT25/05SBr qrupları üçün Azərbaycan Milli Tarix Muzeyinə ekskursiya təşkil edilmişdir.
Ekskursiyanın əsas məqsədi tələbələrin tarixi biliklərini artırmaq, onları Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış etmək və nəzəri biliklərini praktik olaraq möhkəmləndirmək olmuşdur.
Eyni zamanda, tələbələrdə milli-mənəvi dəyərlərə hörmət hissinin formalaşdırılması və estetik dünyagörüşünün inkişafı da diqqətdə saxlanılmışdır.
Qeyd edək ki, muzey məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin evində yerləşir.
O, Azərbaycanın tanınmış neft sənayeçisi və xeyriyyəçisi olmuş, təhsilin inkişafına böyük töhfələr vermişdir.
Bu ekskursiya tələbələrin həm biliklərinin artırılması, həm də milli kimlik şüurunun formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

Heydər Əliyevin 103 illiyinə həsr olunmuş Basketbol üzrə Bakı birinciliyi keçirildi

Bakı Şəhəri İcra Hakimiyyəti,Gənclər və İdman Nazirliyi və Sabunçu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Basketbol üzrə Bakı birinciliyi yarışı keçrilmişdi.
Bu yarışda kollecin hərbi rəhbəri Quliyev Rövşən, idman rəhbəri Nərimanov Şahəddinlə bərabər 30 tələbə tamaşaçı qismində iştirak etmişdi.

“Aprel döyüşləri” mövzusunda seminar keçirildi

4 may tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Humanitar FBK-nın təşkilatçılığı ilə FBK-nın müəllimi Əmirova Elnarə tərəfindən “Tariximizin izi” adlı dərnəyin fəaliyyəti çərçivəsində “Aprel döyüşləri” mövzusunda seminar keçirilmişdir.
Seminar zamanı 2016-cı ilin aprel ayında baş vermiş döyüşlərin tarixi-siyasi səbəbləri, gedişi və Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq haqqında geniş məlumat verilmişdir.
Tədbir çərçivəsində şəhidlərimizin şücaəti xüsusi vurğulanmış, onların vətənpərvərlik nümunəsi kimi gənc nəslə örnək olduğu qeyd edilmişdir.
Seminar zamanı tələbələrin fəal iştirakı təmin olunmuş, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
Tədbir tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, milli yaddaşın qorunması və tarixi həqiqətlərin təbliği baxımından mühüm əhəmiyyət kəsb etmişdir.