“Müəllimlərin asudə vaxtının səmərəli dəyərləndirilməsi” məqsədilə həyata keçirilən 5 həftəlik proqram çərçivəsində ötən həftə “Kino günü” təşkil olunmuşdur.
Proqram çərçivəsində müəllimlər Bizim Cəbiş müəllim və Yerdəki ulduzlar filmlərini izləyib, nümayişdən sonra pedaqoji yanaşmalar, müəllim-şagird münasibətləri və fərdi yanaşmanın əhəmiyyəti ətrafında müzakirələr aparmışlar.
“Bizim Cəbiş müəllim” filmi üzrə müəllim fədakarlığı və mənəvi dəyərlər, “Yerdəki ulduzlar” filmi üzrə isə inklüziv təhsil, empatiya və şagird potensialının üzə çıxarılması mövzuları ön plana çəkilmişdir.
Bundan əlavə, “Teddy və müəllimi” qısa filmi də izlənilərək, müəllim-şagird münasibətlərində dəstək və anlayışın rolu müzakirə olunmuşdur.
Ümumilikdə, müzakirələrdə müəllim peşəsinin humanist mahiyyəti və müasir müəllim üçün vacib keyfiyyətlər vurğulanmışdır.