4 may tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Humanitar FBK-nın təşkilatçılığı ilə FBK-nın müəllimi Əmirova Elnarə tərəfindən “Tariximizin izi” adlı dərnəyin fəaliyyəti çərçivəsində “Aprel döyüşləri” mövzusunda seminar keçirilmişdir.
Seminar zamanı 2016-cı ilin aprel ayında baş vermiş döyüşlərin tarixi-siyasi səbəbləri, gedişi və Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq haqqında geniş məlumat verilmişdir.
Tədbir çərçivəsində şəhidlərimizin şücaəti xüsusi vurğulanmış, onların vətənpərvərlik nümunəsi kimi gənc nəslə örnək olduğu qeyd edilmişdir.
Seminar zamanı tələbələrin fəal iştirakı təmin olunmuş, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
Tədbir tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, milli yaddaşın qorunması və tarixi həqiqətlərin təbliği baxımından mühüm əhəmiyyət kəsb etmişdir.