5 may 2026-cı il tarixində ADPU-nun nəzdində ADPK-nın “Azərbaycan dili və ədəbiyyat” FBK-nın müəllimləri Tağıyeva Samirə və Qasımova Tənzilənin təşkilatçılığı ilə İT25/02SB qrup tələbələrinin iştirakı ilə World Urban Forum (Ümumdünya Şəhərsalma Formu) 13-ün Azərbaycanda keçirilməsi ilə bağlı dəyirmi masa keçirilmişdir.
Tədbirin əsas məqsədi iştirakçıları beynəlxalq səviyyəli bu forumun mahiyyəti, məqsədləri və əhəmiyyəti ilə tanış etmək, onlarda şəhərsalma, davamlı inkişaf və inklüziv şəhər anlayışları barədə məlumatlılığı artırmaq olmuşdur.
Dəyirmi masa çərçivəsində tələbələr mövzu ilə bağlı çıxışlar etmiş, təqdimatlar nümayiş etdirmişlər.
Çıxış və təqdimatlarda şəhərlərin gələcəyi, inklüziv mühitin formalaşdırılması, ekoloji tarazlıq, eləcə də müasirlik və tarixiliyin vəhdəti kimi aktual məsələlərə toxunulmuş və bu mövzular ətrafında geniş müzakirə aparılmışdır.
Tələbələr eyni zamanda mövzu ilə bağlı hazırladıqları posterləri təqdim etmişlər.
Tələbələr müzakirələr zamanı öz fikir və təkliflərini sərbəst şəkildə ifadə etmiş, şəhər mühitinin hər kəs üçün əlçatan və rahat olması ideyasını ön plana çıxarmışlar.
İnteraktiv formada keçirilmiş maarifləndirici tədbir tələbələrin dünyagörüşünün genişlənməsinə, onların tədqiqat, təqdimat və ünsiyyət bacarıqlarının inkişafına mühüm töhfə vermişdir.