01.05.2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda Riyaziyyat-informatika fənn birləşməsinin müəllimləri tərəfindən DTS, Rəngkarlıq və FTM ixtisası tələbələri ilə “Texnologiya insanın düşünmə qabiliyyətini zəiflədirirmi?” mövzusunda debat təşkil edilmişdir.
Debat zamanı tələbələr mövzu ətrafında sərbəst şəkildə fikir bildirərək qeyd etmişlər ki, informasiya əldə etmək, ünsiyyət qurmaq və gündəlik problemlərin həlli artıq texnoloji vasitələrsiz təsəvvür edilmir.
Onların fikrincə, texnologiya insan həyatını əhəmiyyətli dərəcədə asanlaşdırsa da, onun düşünmə qabiliyyətinə təsiri müxtəlif yanaşmalar doğurur.
Debatın sonunda belə qənaətə gəlinmişdir ki, texnologiyanın insan düşüncəsinə təsiri onun istifadə formasından asılıdır.
Şüurlu və məqsədyönlü istifadə edildikdə texnologiya düşünmə bacarıqlarının inkişafına töhfə verə bilər.
Bu baxımdan texnologiyadan düzgün və balanslı istifadə vacib amil kimi qiymətləndirilmişdir.