Müəllimlər üçün “Kino günü” təşkil olundu – pedaqoji mövzularda müzakirələr aparıldı

“Müəllimlərin asudə vaxtının səmərəli dəyərləndirilməsi” məqsədilə həyata keçirilən 5 həftəlik proqram çərçivəsində ötən həftə “Kino günü” təşkil olunmuşdur.
Proqram çərçivəsində müəllimlər Bizim Cəbiş müəllim və Yerdəki ulduzlar filmlərini izləyib, nümayişdən sonra pedaqoji yanaşmalar, müəllim-şagird münasibətləri və fərdi yanaşmanın əhəmiyyəti ətrafında müzakirələr aparmışlar.
“Bizim Cəbiş müəllim” filmi üzrə müəllim fədakarlığı və mənəvi dəyərlər, “Yerdəki ulduzlar” filmi üzrə isə inklüziv təhsil, empatiya və şagird potensialının üzə çıxarılması mövzuları ön plana çəkilmişdir.
Bundan əlavə, “Teddy və müəllimi” qısa filmi də izlənilərək, müəllim-şagird münasibətlərində dəstək və anlayışın rolu müzakirə olunmuşdur.
Ümumilikdə, müzakirələrdə müəllim peşəsinin humanist mahiyyəti və müasir müəllim üçün vacib keyfiyyətlər vurğulanmışdır.

Subbakalavrların qeydiyyatı başlayıb

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunlarının diqqətinə!
2026-ci ildə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyən ADPK məzunlarına müraciət edirik!
Əziz məzunlar!
Əgər diplomunuzda subbakalavr dərəcəsi göstərilibsə, Siz qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ixtisas seçimi müsabiqəsində iştirak edə bilərsiniz.
☑️ Bunun üçün "Tələbə-Məzun" Elektron Məlumat Sisteminə ÜÖMG-arayış məlumatlarınız daxil edilmiş və təsdiqlənmiş olmalıdır.
✅ Yalnız bu halda Dövlət İmtahan Mərkəzinə elektron ərizə ilə müraciət edərək imtahansız qəbul imkanından yararlana bilərsiniz.
❌ Əgər sistemdə məlumatlarınız yer almırsa və təsdiqlənməyibsə, müsabiqədə iştirak edə bilməyəcəksiniz.
📌 Ətraflı məlumat üçün link:
📝 ÜÖMG-nin hesablanması üçün tələb olunan sənədlər (yalnız elektron formada) aşağıdakı ünvana göndərilməlidir:
📧 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Sənədlər:
Diplomun skan edilmiş surəti
Diploma əlavənin skan edilmiş surəti
Şəxsiyyət vəsiqəsinin skan edilmiş surəti
Tam orta (11 illik) təhsil bazasından qəbul olunanlar üçün: attestatın skan edilmiş surəti
📞 Əlavə suallar üçün əlaqə nömrəsi: 012-539-11-71

“Texnologiya insanın düşünmə qabiliyyətini zəiflədirirmi?” mövzusunda debat keçirilib

01.05.2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda Riyaziyyat-informatika fənn birləşməsinin müəllimləri tərəfindən DTS, Rəngkarlıq və FTM ixtisası tələbələri ilə “Texnologiya insanın düşünmə qabiliyyətini zəiflədirirmi?” mövzusunda debat təşkil edilmişdir.
Debat zamanı tələbələr mövzu ətrafında sərbəst şəkildə fikir bildirərək qeyd etmişlər ki, informasiya əldə etmək, ünsiyyət qurmaq və gündəlik problemlərin həlli artıq texnoloji vasitələrsiz təsəvvür edilmir.
Onların fikrincə, texnologiya insan həyatını əhəmiyyətli dərəcədə asanlaşdırsa da, onun düşünmə qabiliyyətinə təsiri müxtəlif yanaşmalar doğurur.
Debatın sonunda belə qənaətə gəlinmişdir ki, texnologiyanın insan düşüncəsinə təsiri onun istifadə formasından asılıdır.
Şüurlu və məqsədyönlü istifadə edildikdə texnologiya düşünmə bacarıqlarının inkişafına töhfə verə bilər.
Bu baxımdan texnologiyadan düzgün və balanslı istifadə vacib amil kimi qiymətləndirilmişdir.

Tələbələr Fəxri xiyabana ekskursiya edərək Ümummilli Liderin xatirəsini yad ediblər

01 may 2026-cı il tarixində Pedaqogika-Psixologiya Fənn Birləşməsinin müəllimləri Şükufə Xankişiyeva və Məlahət Rəhimova rəhbərliyi ilə qarşıdan gələn Ulu Öndərin doğum günüylə əlaqədar İT24|02SB, İT24/01SB qrup tələbələrinin vətənpərvərlik ruhunun yüksəldilməsi və milli mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi məqsədilə Fəxri xiyabana ekskursiyası təşkil olunmuşdur.
Ekskursiya çərçivəsində tələbələr ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, onun Azərbaycan dövlətlçiliyi və xalqı qarşısındakı misilsiz xidmətləri barədə ətraflı məlumatlandırılmışlar.
Ziyarət zamanı tələbələr dərin ehtiramla məzar önünə gül dəstələri qoymuş, ümummilli liderin əziz xatirəsini yad etmişlər.
Bu cür tədbirlər gənclərin milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasında, onların tariximizə və görkəmli şəxsiyyətlərə marağın artırılmasında mühüm əhəmiyyət kəsb edir.

FTM şöbəsində I kurs tələbələrinin valideynləri ilə yaz sessiyasına dair iclas keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin İncəsənət və fiziki tərbiyə şöbəsi tərəfindən I kurs tələbələrinin valideynləri ilə yaz sessiyasına həsr olunmuş valideyn iclası təşkil olunmuşdur.
İclasın əsas məqsədi tələbələrin cari tədris vəziyyəti barədə valideynləri məlumatlandırmaq, onların akademik nailiyyətlərini və davamiyyət göstəricilərini təhlil etmək, həmçinin qarşıdan gələn imtahan sessiyası ilə bağlı mühüm məsələləri müzakirə etmək olmuşdur.
Sonda valideynlərin sualları cavablandırılmış, qarşılıqlı fikir mübadiləsi şəraitində gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.