Sabunçu korpusunda III kurs tələbələri üçün təcrübə ilə bağlı maarifləndirici iclas təşkil olundu

24.04.2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda III kurs tələbələrinin tədris təcrübəsinin yekunu və istehsalat təcrübəsinin başlanması münasibətilə iclas keçirilmişdir.
İclasda “Ailə və ev təhsili” və “Fiziki tərbiyə” ixtisaslarının tələbələri iştirak etmişlər.
İclasda, həmçinin “Ailə və ev təhsili” ixtisasının şöbə müdiri f.ü.f.d. İradə Babayeva, “Fiziki tərbiyə müəllimliyi” ixtisasının şöbə müdiri Faiq Məmmədov, “Azərbaycan dili və ədəbiyyat” fənn birləşmə komissiyasının sədri f.ü.f.d. Vəfa Yunusova, “İncəsənət və fiziki tərbiyə” fənn birləşmə komissiyasının sədri Təranə Həmzəbəyova, həmçinin ixtisas müəllimləri iştirak etmişlər.
İclası “Azərbaycan dili və ədəbiyyat” FBK-nın sədri f.ü.f.d. Vəfa Yunusova açaraq tədris təcrübəsinin yekunları və istehsalat təcrübəsinin gedişi haqqında ümumi məlumat vermişdir.
Daha sonra f.ü.f.d. İradə Babayeva, Faiq Məmmədov və Təranə Həmzəbəyova çıxış edərək təcrübəyə gedəcək tələbələrə öz tövsiyələrini vermiş, onların suallarını cavablandırmışlar.

Heydər Əliyevin 103 illiyinə və Cəlil Məmmədquluzadənin xatirəsinə həsr olunmuş ədəbi-bədii tədbir keçirildi

27 aprel 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş, görkəmli yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin xatirəsinə ithaf edilən ədəbi-bədii tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, daha sonra isə Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbir kollecin direktoru Amalya Sezginin giriş sözü ilə açıq elan olunmuşdur.
O, çıxışında Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına və milli-mənəvi dəyərlərin qorunmasına verdiyi misilsiz töhfələrdən bəhs etmişdir.
Tədbir kollecin “Mizan” dram dərnəyinin rəhbəri, Azərbaycan Respublikasının xalq artisti, ADMİU-nun “Səhnə danışığı” kafedrasının müdiri, professor Məmmədsəfa Qasımov tərəfindən yüksək peşəkarlıqla ərsəyə gətirilmişdir.
Tədbir proqramı çərçivəsində Cəlil Məmmədquluzadənin zəngin ədəbi irsi geniş şəkildə təqdim olunmuş, “Molla Nəsrəddin” jurnalının maarifçilik missiyası vurğulanmışdır. Yazıçının həyat və yaradıcılığını əks etdirən səhnəciklər nümayiş etdirilmiş, əsərlərindən parçalar səsləndirilmiş və bədii qiraətlər təqdim olunmuşdur.
Tədbirdə bir sıra nüfuzlu qonaqlar iştirak etmişdir. Onlar sırasında ADPU-nun rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, kafedra müdiri, dosent İsrayıl İsgəndərov, Bakı Slavyan Universitetinin tədris məsələləri üzrə prorektoru, professor Fikrət Cahangirov, AZMİU-nun Əcnəbi dillər kafedrasının müdiri, dosent Aygün Məmmədova, müəllim Günay Əsədova, Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqının Yasamal rayon təşkilatının sədri Rövşən İbrahimli, Cəlil Məmmədquluzadənin ev muzeyinin direktoru Yeganə Məmmədova, AzMİU-nun nəzdində İnşaat Kollecinin direktoru, dosent Şəhla Abbasova, həmin kollecin tədris işləri üzrə direktor müavini Sevda Həsənova, ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru, professor Nasim Abışov, Azərbaycan İlahiyyat İnstitutunun nəzdində Bakı İlahiyyat Kollecinin tədris şöbəsinin müdiri Hilalə İbadova,
T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi yer almışdır.
Çıxış edənlər Azərbaycan ədəbiyyatının qüdrətini və Cəlil Məmmədquluzadə irsinin aktuallığını xüsusi vurğulamış, milli-mədəni dəyərlərin təbliğinin əhəmiyyətini bir daha diqqətə çatdırmışlar.

Azərbaycan dili və ədəbiyyat FBK müəllimləri ilə rəhbərlik arasında iclas keçirilib

21.04.2026-cı il tarixində ADPU-nun nəzdində ADPK-nın rəhbərliyinin Azərbaycan dili və ədəbiyyat fənn birləşmə Komissiyası müəllimləri ilə iclası keçirilmişdir.
İclas zamanı müəllimlərin yarımil ərzində gördükləri işlərin ümumi nəticələri haqqında məlumat verilmiş, 2025/2026-cı tədris ilinin payız semestri üzrə qrup jurnallarının yoxlanılmasının nəticələri, payız imtahan sessiyasının müxtəsər hesabatı təqdim olunaraq müzakirə edilmişdir.
İslasda, həmçinin keçirilmiş tədris təcrübəsi dərslərinin keyfiyyəti, effektivliyi haqqında fikirlər söylənilmişdir.
Rəhbərliklə keçirilən görüşdə tədris prosesinin keyfiyyətini və tələbələrin hazırlıq səviyyəsini daha da yüksəltmək, sənədləşmə işlərində olan çatışmazlıqları aradan qaldıraraq təkmilləşdirmək istiqamətində bir sıra təkliflər irəli sürülmüşdür.
Müzakirə olunan məsələlər üzrə müəllimlərə müvafiq tapşırıqlar verilmişdir.

Tələbələr və TGT sədri kitab sərgisində iştirak ediblər

26 aprel 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının sədri və tələbələrimiz kitab sərgisində iştirak ediblər.

İnklüziv təhsil ixtisası üzrə tələbələr üçün istehsalat təcrübəsi öncəsi maarifləndirici təlim keçirilib

23 aprel 2026-cı il tarixində “Pedaqogika-Psixologiya” FBK-nın fəaliyyət planı çərçivəsində, İnklüziv təhsil və təcrübə şöbəsinin əməkdaşlığı ilə III kurs İnklüziv təhsil ixtisası üzrə tələbələr üçün qarşıdan gələn istehsalat təcrübəsi öncəsi maarifləndirici təlim keçirilmişdir.
Təlimin əsas məqsədi tələbələrdə peşə etikası prinsiplərinə uyğun davranış vərdişlərini formalaşdırmaq, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş prosesində məsuliyyətli və həssas yanaşmanı təşviq etmək olmuşdur.
Təlim “Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş üslubu və peşə etikası” mövzusunda FBK müəllimi İsmayılova Günay Nəbi qızının təqdimatında təşkil olunmuşdur. Tədbir zamanı iştirakçılara yeni məlumatlar verilmiş, müxtəlif situasiyalar birgə təhlil edilmiş, interaktiv şəkildə keçirilən təlimdə tələbələri maraqlandıran bütün suallar cavablandırılmışdır.
İstehsalat təcrübəsi öncəsi keçirilən bu təlimin tələbələrə inklüziv təhsil mühitində düzgün ünsiyyət qurma yollarını öyrənmək, etik normalara riayət etməyin vacibliyini dərk etmək və gələcək peşə fəaliyyətlərində humanist, peşəkar mövqe sərgiləmək baxımından olduqca əhəmiyyətli və faydalı olduğu iştirakçılar tərəfindən xüsusilə vurğulanmışdır.