Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Yasamal rayonunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” mövzusunda tədbir keçirilib.
Tədbir Azərbaycan Dövlət Pedaqoji Kollecində baş tutub.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Azərbaycan Dövlət Pedaqoji Kollecin direktoru Amalya Sezgin, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov və digər iştirakçılar iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Dövlət Himni səsləndirilib.
Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı kimi dövlətçiliyin möhkəmlənməsində, siyasi sabitliyin təmin olunmasında və ölkənin inkişafında mühüm rol oynayıb.
Onun müəyyən etdiyi strateji inkişaf xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin əsasını təşkil edir.
Tədbirdə Heydər Əliyevin siyasi irsinin müasir Azərbaycan dövlətinin inkişafında həlledici rol oynadığı vurğulanıb.

Tələbələr Misirdə keçiriləcək beynəlxalq rəsm sərgisində iştirak imkanı qazanıblar

Misir və Azərbaycan dostluğu nəsillərdən nəsillərə!
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "Beynəlxalq Qalereya"nın təşkilatçılığı ilə möhtəşəm sərgi-tədbir keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi Rəsmiyyə Nəriman qızı Mahmudova iştirak edib.
Onun rəhbərliyi ilə hazırlanan istedadlı gənclər də sərgidə öz əl işləri ilə təmsil olunublar.
Sərginin ən yaddaqalan anlarından biri isə Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Prof. Dr. Tarek Muhammad Aboul Fotouh tərəfindən Rəsmiyyə xanımın 3 yetirməsinə Misir Ərəb Respublikasında keçiriləcək rəsm sərgisində iştirak etmək imkanının verilməsi olub.

Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş stolüstü tennis turniri keçirilib

Yasamal rayonunda stolüstü tennis üzrə yarış keçirilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışları çərçivəsində stolüstü tennis turniri baş tutub.
21.04.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində baş tutan stolüstü tennis turnirində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, Azərbaycan Dövlət Pedaqoji Kollecin direkotu Amalya Sezgin, kollecin idman klubunun rəhbərliyi və yarış iştirakçıları iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Azərbaycan Dövlət Pedaqoji Kollecin direkotu Amalya Sezgin, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov çıxış edərək bildiriblər ki, Azərbaycanda müasir idman siyasətinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş uzaqgörən və məqsədyönlü strateji kursa əsaslanır.
Sonda çıxış edənlər yarış iştirakçılarına uğur arzulayıblar.
Yüksək rəqabət şəraitində keçən turnirin sonunda qaliblərə diplom və medallar təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Vəfa Kərimovanın məqaləsi beynəlxalq jurnalda dərc olunub

ADPU-nun nəzdində ADPK-nın Xarici dillər FBK-nın rus dili müəllimi Kərimova Vəfa Akif qızının "Dil və ədəbiyyat"-Beynəlxalq elmi-nəzəri jurnalda "МЕТОДИКА ПРЕПОДАВАНИЯ РУССКОГО ЯЗЫКА В АЗЕРБАЙДЖАНСКОМ СЕКТОРЕ
ВЫСШИХ УЧЕБНЫХ ЗАВЕДЕНИЙ" adlı məqaləsi dərc olunub.

“Rəqəmsal bacarıqlar” klubunda PowerPoint üzrə praktiki təqdimat dərsi keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat–İnformatika fənn birləşməsinin təşkilatçılığı ilə “Rəqəmsal bacarıqlar” klubunun “PowerPoint ilə təqdimatların hazırlanması” mövzusunda növbəti görüşü keçirilib.
Görüş zamanı tələbələr PowerPoint proqramı ilə tanış olublar. Slaydların yaradılması və dizaynın qurulması izah edilib, mətn, şəkil və qrafiklərin əlavə olunması öyrədilib.
Təqdimat zamanı düzgün danışıq və çıxış qaydaları müzakirə olunub, tələbələr kiçik qruplarda praktiki təqdimatlar hazırlayıblar.
Bu klub fəaliyyəti sayəsində tələbələr təqdimat bacarıqlarını inkişaf etdirib, öz fikirlərini daha inamla ifadə etməyi öyrənib və PowerPoint proqramından effektiv istifadə etməyi bacarıblar.