Gənclərin sağlam gələcəyi naminə maarifləndirici tədbir keçirilib

https://www.qht.az/details/az/49597

“Narkomaniya və tütünə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Gənc Vətənpərvərlər İctimai Birliyi ilə birgə “Gələcək naminə narkomaniya və tütünə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri, ictimai xadim Muğam Əliyev, Sabunçu rayon Polis idarəsi 12-ci polis şöbəsinin əməkdaşı polis mayoru İbrahim Məmmədov iştirak etdi. Tədbir dusskusiya şəklində davam etdirildi.

Zərərli vərdişlərə qarşı maarifləndirici görüş keçirilib

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və zərərli vərdişlərə qarşı kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlı görüş keçirilib.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda gənclər arasında narkomaniya və digər zərərli vərdişlərin qarşısının alınmasına dair maarifləndirici görüş keçirilib.
Çıxışlar zamanı psixoloq və tibb bacısı asılılıq yaradan maddələrin insan orqanizminə və psixikasına təsiri, sosial həyatda yaratdığı problemlər və gələcək perspektivlərə vurduğu zərər haqqında ətraflı məlumat veriblər.
Eyni zamanda tələbələrə sağlam həyat tərzinin formalaşdırılması, düzgün seçimlərin edilməsi və riskli davranışlardan uzaq durmağın əhəmiyyəti izah olunub.

Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş dama yarışı keçirilib

Yasamal rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışlarına start verilib.
Tədbir Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə keçirilib.
16 aprel 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin idman zalında dama üzrə yarışı təşkil olunub.
Yarışda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, Azərbaycan Dövlət Pedaqoji Kollecin direkotu Amalya Sezgin, kollecin idman klubunun rəhbərliyi və yarış iştirakçıları iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yarışın sonunda qaliblər diplom və medallarla təltif olunub, xatirə şəkilləri çəkdirilib.

“Heydər Əliyevin siyasi irsi” mövzusunda seminar keçirilib

ADPU-nin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 15 aprel 2026-cı il tarixində Humanitar FBK-nın təşkilatçılığı və müəllimlərinin rəhbərliyi ilə”Tariximizin izi” adlı klubun fəaliyyəti çərçivəsində növbəti görüş keçirilib.
Vəlisoy Şəlalənin rəhbərliyi ilə təşkil olunmuş “Heydər Əliyevin Siyasi İrsi və Azərbaycan Dövlətçiliyində Rolu”mövzusunda Seminar keçirilib.
Seminarda tələbələrə Ulu Öndər Heydər Əliyevin siyasi irsi haqqında geniş məlumat verilib.
Tarixi yazmaq yalnız dahilərə məxsus xüsusiyyətdir.
Ölkələrin, millətlərin taleyini müəyyən edən mövcudiyyətini davamlı qılan məhz həmin dahi şəxsiyyətlərdir.
Müasir Azərbaycanın tarixi də Ümummilli lider Heydər Əliyevin adı olmadan təsəvvür edilə bilməz. Heydər Əliyevin Vətən və Xalq qarşısında xidmətləri misilsizdir. Böyük öndər Azərbaycanı dünyada məhz milli dəyərlər,tarix,mədəniyyət özəlliyi ilə tanıdırdı.
Ulu öndər Heydər Əliyev milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görmüş, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirmişdir.
Heydər Əliyev dövlətçilik irsinin əsas istiqamətlərindən biri də dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması sahəsində kompleks tədbirlərin görülməsidir.
Böyük öndər Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyasıdır.