Yeni ixtisasların təsnifata əlavə olunması üzrə komissiyanın növbəti iclası keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin 17.04.2026-cı il tarixində yeni ixtisasların təsnifata əlavə olunması ilə bağlı yaradılmış komissiyanın növbəti iclası keçirilmişdir.
İclasda kollecdən və sənaye müəssisələrindən olan komissiya üzvləri iştirak etmişdir.
Əvvəlki iclasda fənn birləşmələri üzrə işçi komissiyalara hazırlanması tapşırılmış sənədlər müzakirə olunmuş və növbəti iclasa qədər hazırlanmalı olan sənədlərin siyahısı fənn birləşmə komissiyalarına təqdim edilmişdir.

“Nitqimizə diqqət edək” mövzusunda tələbələrlə görüş keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda Azərbaycan dili və ədəbiyyat FBK-nın təşkilatçılığı ilə 16 aprel 2026-cı il tarixində “Dilimizi sevək və qoruyaq” klubunun “Nitqimizə diqqət edək“ mövzusunda tələbələrlə görüşü keçirilib.
Görüşdə tələbələrin ədəbi dilinin zənginləşdirilməsi üçün müasir Azərbaycan dilində olan dəyişikliklərlə tanış edilib, orfoepik və orfoqrafik qaydalara düzgün əməl olunması üçün məsləhətlər verilib.
İnteraktiv müzakirə, tapşırıqların işlənməsi ilə tələbələrin ədəbi dilinin inkişafına planlı şəkildə maraq artırılıb.
Görüş tələbələrin gələcək fəaliyyətinə, karyera planlarına hədəflənib.

Tələbələr voleybol məşğələlərinə könüllü olaraq qoşulublar

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin İ.T. və M.Q.T. şöbələrinin tələbələri fiziki tərbiyə müəllimi Quliyev Toğrulun təşəbbüsü ilə asudə vaxtlarını səmərəli keçirmək məqsədilə 01.11.2025 tarixindən etibarən kollecdə voleybol idman növü üzrə məşğələlərdə könüllü olaraq iştirak ediblər.