Tələbələr Milli Azərbaycan Tarix Muzeyinə ekskursiya ediblər

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Milli mənəvi dəyərlər və vətəndaşlıq mövqeyi” dərnəyinin rəhbəri Axundova Mehriban tələbələrin 10-14 aprel 2026-cı il tarixlərində Məktəbəqədər təhsil, İnklüziv təhsil, Sosial iş, İncəsənət və fiziki tərbiyə, Ailə və ev təhsili şöbələrinin tələbələrinin “Milli Azərbaycan Tarix Muzeyi”nə ekskursiyasını təşkil edib.
Tələbələr xalqımızın zəngin tarixini, qədim mədəniyyətini və keçmişimizin mühüm mərhələlərini bir daha yaxından görmək imkanı qazanıblar.

“İmpressionizm və postimpressionizm cərəyanları” mövzusunda ustad dərsi keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin "İncəsənət və fiziki tərbiyə" FBK müəllimi Emil Ağayev DM 25/02 qrupunda "İmpressionizm və postimpressionizm cərəyanları" mövzusunda ustad dərsi təqdim edib.
Dərs zamanı cərəyanların meydana gəlməsi, məşhur rəssamları, fərdi xüsusiyyətləri və müqayisəli təhlillər aparılıb.
Ustad dərisinin yekun hissəsində tələblərlə müxtəlif öyrədici və sinif otağında yaradıcı əsərlər üzərində tapşırıqlar təqdim edilib.

Məktəbəqədər təhsil ixtisası üzrə təcrübə dərsləri izlənilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin əməkdaşlarının iştirakı ilə Məktəbəqədər təhsil ixtisası üzrə təcrübə dərsləri izlənilib.
Pedaqoji tədris təcrübəsi çərçivəsində MQT 23/07 SBR qrupunun tələbələri müxtəlif məşğələlərin icmallarını təqdim ediblər. İcmallarla yanaşı məşğələ vaxtı istifadə olunan və tələbələr tərəfindən hazırlanan əyani vasitələr də nümayiş olunub.Təqdimatda rollu və didaktik oyunlara da yer verilib.
Təcrübə dərsləri zamanı tələbələr təcrübə müəllimi f.ü.f.d. Vəfa Yunusovanın məsləhət və göstərişlərini diqqətlə dinləyərək tətbiq edib, məşğələlərin daha səmərəli və məqsədyönlü təşkili üçün həmin tövsiyələrdən faydalanıblar.
Pedaqoji təcrübə dərsində məktəbəqədər yaşlı uşaqlara mədəni davranış, gigiyenik qaydaların aşılanması mövzusuna da toxunulub.
Ümumilikdə dərs çox maraqlı və yaradıcı mühitdə keçirilib.

MQT 24/01 SB qrup tələbələri Heydər Əliyev Muzeyinə ekskursiyada iştirak ediblər

14.04.2026-ci il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin MQT 24/01 SB qrup tələbələri tyutor Cəfərova Nərminin rəhbərliyi ilə Heydər Əliyev Muzeyinə ekskursiyada iştirak ediblər.
Tələbələr muzeydə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair zəngin və dəyərli məlumatlar əldə etmiş, onun Azərbaycan tarixindəki mühüm rolunu daha yaxından tanımaq imkanı qazanıblar.
Bu səfər tələbələrin dünyagörüşünün genişlənməsinə və tarixi biliklərinin möhkəmlənməsinə böyük töhfə verib.

“Gələcək naminə narkomaniya və tütünə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçiriləcək

16 aprel 2026-cı il tarixində saat 14:00-da Gənc Vətənpərvərlər İctimai Birliyi və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji kollecinin Sabunçu korpusunda “Gələcək naminə narkomaniya və tütünə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçiriləcəkdir.