ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin əməkdaşlarının iştirakı ilə Məktəbəqədər təhsil ixtisası üzrə təcrübə dərsləri izlənilib.
Pedaqoji tədris təcrübəsi çərçivəsində MQT 23/07 SBR qrupunun tələbələri müxtəlif məşğələlərin icmallarını təqdim ediblər. İcmallarla yanaşı məşğələ vaxtı istifadə olunan və tələbələr tərəfindən hazırlanan əyani vasitələr də nümayiş olunub.Təqdimatda rollu və didaktik oyunlara da yer verilib.
Təcrübə dərsləri zamanı tələbələr təcrübə müəllimi f.ü.f.d. Vəfa Yunusovanın məsləhət və göstərişlərini diqqətlə dinləyərək tətbiq edib, məşğələlərin daha səmərəli və məqsədyönlü təşkili üçün həmin tövsiyələrdən faydalanıblar.
Pedaqoji təcrübə dərsində məktəbəqədər yaşlı uşaqlara mədəni davranış, gigiyenik qaydaların aşılanması mövzusuna da toxunulub.
Ümumilikdə dərs çox maraqlı və yaradıcı mühitdə keçirilib.