Anara Quliyeva ilə maarifləndirici seminar keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 09.04.2026-cı il tarixində Pedaqogika və Psixologiya FBK-nın təşkilatçılığı, İnklüziv təhsil şöbəsinin əməkdaşlığı və “Bərabər addım” inklüziv klubunun fəaliyyət planına uyğun olaraq Maarifləndirmə ayı çərçivəsində klinik psixoloq, Beynəlxalq Disleksiya Assosiasiyasının üzvü Anara xanım Quliyeva ilə görüş keçirilib.
İnteraktiv formada keçən seminar görüşdə psixoloji çətinliklər və təşviş hallarının öyrənmə prosesinə göstərdiyi təsirlər real keyslər üzərindən şərh edilib.
Fənnin mənimsənilməsi və nəzəri biliklərin konkret hallarla tətbiqi baxımından görüş məhsuldar və faydalı olub.

“Əxlaqi-Nasiri” əsəri əsasında “Uşaq tərbiyəsində sərtlik vacibdirmi?” mövzusunda debat keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat və İnformatika fənn birləşməsinin müəllimləri və tələbələrinin iştirakı ilə 09.04.2026-cı il tarixində “Əxlaqi-Nasiri” əsəri əsasında “Uşaq tərbiyəsində sərtlik vacibdirmi?” mövzusunda debat keçirilib.
Debat zamanı Əxlaqi-Nasiri əsərinə istinadən əxlaq, ailə münasibətləri və dövlət idarəçiliyi məsələləri geniş müzakirə olunmuş, bu mövzuların Azərbaycan və ümumilikdə Şərq fəlsəfi fikrində tutduğu əhəmiyyət xüsusi vurğulanıb. Qeyd edilmişdir ki, bu əsər insan davranışı, mənəvi dəyərlər və cəmiyyətin formalaşmasında mühüm rol oynayan əsas mənbələrdən biridir.
Eyni zamanda debat çərçivəsində uşaq tərbiyəsində sərtlik və yumşaqlıq məsələləri müqayisəli şəkildə təhlil edilmiş, müxtəlif yanaşmalar irəli sürülmüş və iştirakçılar tərəfindən arqumentlər əsaslandırılıb.
Məqsəd:
Debatın keçirilməsində əsas məqsəd tələbələrdə tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək, milli-mənəvi dəyərləri təbliğ etmək, klassik fəlsəfi irsin müasir dövrdə əhəmiyyətini izah etmək, eləcə də gələcək müəllimlərin pedaqoji yanaşmalarını zənginləşdirməkdən ibarət olub. Bununla yanaşı, tələbələrin debat mədəniyyətini formalaşdırmaq, fikir mübadiləsi aparmaq bacarıqlarını inkişaf etdirmək və uşaq tərbiyəsi ilə bağlı düzgün yanaşmaların müəyyənləşdirilməsinə töhfə vermək də əsas hədəflər sırasında yer alıb.

Tələbələr üçün “Narkomaniya ilə mübarizə” mövzusunda maarifləndirmə görüşləri keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində tələbələr arasında "Narkomaniya ilə mübarizə" mövzusunda maarifləndirmə görüşləri təşkil olunub.
​Tədbir çərçivəsində müəssisənin tibb bacısı və psixoloqu qruplarda çıxış edərək problemin fərdi və sosial fəsadları barədə ətraflı məlumat veriblər. Hər iki mütəxəssis bu növ məsələlərin həllində multidisiplinar yanaşmanın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
​Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı müzakirələr aparılıb.

“Tariximizin izi” klubunda növbəti görüş keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 8 aprel tarixində Humanitar FBK-nın təşkilatçılığı və müəllimlərin rəhbərliyi ilə “Tariximizin izi” adlı klubun fəaliyyəti çərçivəsində növbəti görüş keçirilib.
Tədbirdə tələbələrlə birgə II Dünya müharibəsi dövründə arxa cəbhədə insanların fədakarlığı və mənəviyyatından bəhs edən “Bizim Cəbiş müəllim” bədii filminə baxış keçirilib.
Filmin nümayişindən sonra tələbələrlə ekran əsərində əks olunan hadisələr geniş müzakirə olunub, onların mövzu ilə bağlı fikirləri dinlənilib. Müzakirə zamanı əsasən aşağıdakı məqamlara toxunulub:
•Mənəvi dəyərlər: Tələbələr Cəbiş müəllim obrazının timsalında müharibənin çətinliklərinə baxmayaraq dürüstlük və ləyaqətin qorunmasının vacibliyini vurğulayıb.
•Arxa cəbhə həyatı: Müharibə illərində Bakı sakinlərinin qarşılaşdığı sosial və iqtisadi çətinliklər tələbələr tərəfindən təhlil olunub.
•Maraqlı faktlar: Tələbələr filmin çəkiliş prosesi, aktyor heyəti və Maqsud İbrahimbəyovun “1001-ci gecə” povesti əsasında hazırlanmış ssenarinin xüsusiyyətləri barədə topladıqları məlumatları bölüşüb.
Görüş tələbələrin həm tarixi biliklərinin artırılması, həm də klassik Azərbaycan kinosuna marağının gücləndirilməsi baxımından səmərəli keçib.

Tələbə Gənclər Təşkilatının yeni sədri seçilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 06.04.2026-cı il tarixində keçirilən seçkilərin nəticəsinə əsasən Sosial iş şöbəsinin KŞŞİ 25/05SB qrup tələbəsi Musayeva Zəhra Daşqın qızı Tələbə Gənclər Təşkilatının sədri seçilib.
Bu münasibətlə yeni seçilmiş sədrimizi səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq. İnanırıq ki, tələbələrin maraqlarını layiqincə təmsil edəcək və təşkilatın fəaliyyətinin daha da inkişafına öz töhfəsini verəcəkdir.
Tələbəmizə bu məsuliyyətli və şərəfli vəzifəsində uğurlar, yeni nailiyyətlər və daim yüksək nəticələr arzulayırıq.