Əziz tələbələr!
9 aprel 2026-cı il tarixində saat 12:00-da ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal korpusunda klinik psixoloq Anara Quliyevanın təqdimatında Pedaqogika–Psixologiya FBK təşkilatçılığı və “Bərabər birgə addım” İnklüziv klubunun təşəbbüsü ilə Autizm maarifləndirmə ayı çərçivəsində “Disleksiyanın korreksiya yolları” mövzusunda görüş keçiriləcək.
“İnklüzivlik – hər addımda birlik” şüarı altında təşkil olunan görüşün məqsədi öyrənmə çətinliklərinin mahiyyətini izah etmək, korreksiya yolları barədə praktik biliklər təqdim etmək və iştirakçılarla real problemlərin müzakirəsi əsasında təcrübə mübadiləsi aparmaqdır.
Sizi bu maarifləndirici görüşdə fəal iştirak etməyə dəvət edir və hər birinizi görməkdən məmnun olacağımızı bildiririk.