6 aprel 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 2025/2026-cı tədris ili üzrə Pedaqoji Şuranın növbədənkənar iclası keçirilib.
İclas kollecin direktoru Amalya Sezginin giriş nitqi ilə başlayıb, o, şura üzvlərini salamlayaraq gündəliyi elan edib.
Gündəlikdə duran birinci məsələ – “Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatına yeni ixtisasların əlavə olunması ilə bağlı işçi qrupunun yaradılması” barədə olub və məsələ ilə bağlı müvafiq məlumat təqdim olunub.
İkinci məsələ üzrə “Məqalələrin çap olunması ilə bağlı rəy komissiyasının yaradılması” müzakirə olunub, bu istiqamətdə görüləcək işlər diqqətə çatdırılıb.
Daha sonra “Təhsil proqramı üzrə tədris metod və üsullarına dair təlimat” və “Təhsil proqramlarının icrasına nəzarət və təhlil siyasəti, onların işlənib hazırlanması və tərtibat qaydaları” haqqında ətraflı məlumat verilib.
İclasın sonunda gündəlikdə yer alan cari məsələlər ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib və müvafiq qərarlar qəbul olunub.