Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Pedaqoji Kollecinin Riyaziyyat–İnformatika FBK-nın müəllimləri tərəfindən “Müasir şəhərlərin planlaşdırılması” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə kollecin müəllim və tələbə heyəti iştirak edib. Dəyirmi masanın əsas məqsədi tələbələri WUF 13 çərçivəsində keçiriləcək forumun açılışı ərəfəsində “Müasir şəhərlərin planlaşdırılması” mövzusu, bu sahənin əsas prinsipləri və məqsədləri ilə daha yaxından tanış etmək, onların bu istiqamətdə bilik və dünyagörüşünü genişləndirmək olub.
Müzakirələr zamanı şəhərsalmanın müasir yanaşmaları, dayanıqlı inkişaf, ekoloji tarazlıq və urbanizasiya prosesinin xüsusiyyətləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Tələbələr mövzuya böyük maraq göstərib, fəal iştirak edərək öz fikirlərini bölüşüblər.
Dəyirmi masa iştirakçılar tərəfindən maraqla qarşılanıb və səmərəli müzakirələrlə yadda qalıb.