Dekorativ-tətbiqi sənət ixtisası üzrə təcrübə dərsləri keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin əməkdaşlarının iştirakı ilə Dekorativ-tətbiqi sənət ixtisası üzrə təcrübə dərsləri izlənilib.
Dekorativ-tətbiqi sənət ixtisası üzrə təhsil alan DTS24/02 qrup tələbəsi Heybətova Aybəniz və digər tələbələrin hazırladığı əl işləri ilə tanış olunub. Təcrübə dərsləri zamanı təcrübə müəlliməsi Sadiyeva Arzunun rəhbərliyi ilə yapma və boyakarlığın qarışıq texnikasından istifadə edilərək müxtəlif əl işləri hazırlanıb.
Təcrübə müddətində qarışıq texnikanın tətbiqi vasitəsilə müxtəlif material və üsulların birgə istifadəsinə geniş imkan yaradılıb. Yapma prosesi zamanı həcmli formalar qurulub, kompozisiyalar yaradılıb və materialların plastik xüsusiyyətlərindən istifadə olunub. Boyakarlıq mərhələsində isə rəng həlli, işıq-kölgə münasibətləri, faktura və harmoniyaya diqqət yetirilərək əsərlərin bədii ifadəliliyi artırılıb.
Nəticədə, yapma və boyakarlıq texnikalarının vəhdəti əsasında dekorativ və estetik baxımdan zəngin, orijinal əl işləri ərsəyə gətirilib.

2025/2026-cı tədris ili üzrə Pedaqoji Şuranın növbədənkənar iclası keçirilib

6 aprel 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 2025/2026-cı tədris ili üzrə Pedaqoji Şuranın növbədənkənar iclası keçirilib.
İclas kollecin direktoru Amalya Sezginin giriş nitqi ilə başlayıb, o, şura üzvlərini salamlayaraq gündəliyi elan edib.
Gündəlikdə duran birinci məsələ – “Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatına yeni ixtisasların əlavə olunması ilə bağlı işçi qrupunun yaradılması” barədə olub və məsələ ilə bağlı müvafiq məlumat təqdim olunub.
İkinci məsələ üzrə “Məqalələrin çap olunması ilə bağlı rəy komissiyasının yaradılması” müzakirə olunub, bu istiqamətdə görüləcək işlər diqqətə çatdırılıb.
Daha sonra “Təhsil proqramı üzrə tədris metod və üsullarına dair təlimat” və “Təhsil proqramlarının icrasına nəzarət və təhlil siyasəti, onların işlənib hazırlanması və tərtibat qaydaları” haqqında ətraflı məlumat verilib.
İclasın sonunda gündəlikdə yer alan cari məsələlər ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib və müvafiq qərarlar qəbul olunub.

“Disleksiyanın korreksiya yolları” mövzusunda görüş keçiriləcək

Əziz tələbələr!
9 aprel 2026-cı il tarixində saat 12:00-da ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal korpusunda klinik psixoloq Anara Quliyevanın təqdimatında Pedaqogika–Psixologiya FBK təşkilatçılığı və “Bərabər birgə addım” İnklüziv klubunun təşəbbüsü ilə Autizm maarifləndirmə ayı çərçivəsində “Disleksiyanın korreksiya yolları” mövzusunda görüş keçiriləcək.
“İnklüzivlik – hər addımda birlik” şüarı altında təşkil olunan görüşün məqsədi öyrənmə çətinliklərinin mahiyyətini izah etmək, korreksiya yolları barədə praktik biliklər təqdim etmək və iştirakçılarla real problemlərin müzakirəsi əsasında təcrübə mübadiləsi aparmaqdır.
Sizi bu maarifləndirici görüşdə fəal iştirak etməyə dəvət edir və hər birinizi görməkdən məmnun olacağımızı bildiririk.

“Müasir şəhərlərin planlaşdırılması” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Pedaqoji Kollecinin Riyaziyyat–İnformatika FBK-nın müəllimləri tərəfindən “Müasir şəhərlərin planlaşdırılması” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə kollecin müəllim və tələbə heyəti iştirak edib. Dəyirmi masanın əsas məqsədi tələbələri WUF 13 çərçivəsində keçiriləcək forumun açılışı ərəfəsində “Müasir şəhərlərin planlaşdırılması” mövzusu, bu sahənin əsas prinsipləri və məqsədləri ilə daha yaxından tanış etmək, onların bu istiqamətdə bilik və dünyagörüşünü genişləndirmək olub.
Müzakirələr zamanı şəhərsalmanın müasir yanaşmaları, dayanıqlı inkişaf, ekoloji tarazlıq və urbanizasiya prosesinin xüsusiyyətləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Tələbələr mövzuya böyük maraq göstərib, fəal iştirak edərək öz fikirlərini bölüşüblər.
Dəyirmi masa iştirakçılar tərəfindən maraqla qarşılanıb və səmərəli müzakirələrlə yadda qalıb.

“Conversation Club” çərçivəsində növbəti görüş təşkil olunub

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər FBK-nın təşkilatçılığı ilə tələbələrin fərdi inkişafına və gələcək karyera planlamasına dəstək məqsədilə “Talking about Your Major and Career Goals” mövzusunda “Conversation Club” çərçivəsində növbəti görüş təşkil edilib.
Görüş zamanı tələbələr ixtisas seçimləri, gələcək peşə hədəfləri və karyera planları barədə fikirlərini ingilis dilində sərbəst şəkildə ifadə ediblər. İnteraktiv müzakirələr, qrup işləri və təqdimatlar vasitəsilə iştirakçılar həm dil bacarıqlarını inkişaf etdirib, həm də gələcək planlarını daha aydın şəkildə formalaşdırmaq imkanı əldə ediblər.
Bu cür görüşlər tələbələrin ünsiyyət bacarıqlarının artırılması, özünəinam hissinin gücləndirilməsi və peşəkar inkişaf istiqamətində mühüm rol oynayır.