Vəsilə İmanovanın məqaləsi “Kredo” qəzetində dərc olunub

"Kredo" qəzetində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika-psixologiya FBK müəllimi Vəsilə İmanovanın “Ali Baş Komandan və Zəfərə gedən yol” adlı məqaləsi dərc olunub.

“Tariximizin izi ilə” klubunun vətənpərvərlik mövzusunda tədbiri keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Humanitar fənn birləşməsinin təşkilatçılığı ilə “Tariximizin izi ilə” klubunun tədbiri keçirilib. Tələbələr I Qarabağ müharibəsi şəhidləri, Azərbaycanın Milli Qəhrəmanları Allahverdi Bağırov və Natiq Qasımovun döyüş yoluna həsr olunan sənədli filmə baxıblar.
Daha sonra qəhrəmanların həyat yolu və göstərdikləri şücaət bir daha xatırlanıb, tələbələrdə vətənpərvərlik ruhunu gücləndirməyə yönələn müzakirələr və sual-cavab sessiyası təşkil olunub.
Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə yekunlaşıb.

“Təşkilati mədəniyyət və etika” mövzusunda təlim silsiləsinə start verilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində International Coaching Education Academia-nın dəstəyi ilə “Təşkilati mədəniyyət və etika” mövzusunda təlim silsiləsinin ilk sessiyası keçirilib.
Təlim zamanı təşkilati mədəniyyətin niyə vacib olduğu, onun komanda işini necə gücləndirdiyi və ünsiyyəti hansı şəkildə daha səmərəli etdiyi barədə faydalı fikir mübadiləsi aparılıb. Sessiya həmçinin sağlam və müsbət təşkilati mühitin formalaşdırılmasına dair praktiki yanaşmalarla yadda qalıb.

Pedaqogika-psixologiya FBK müəllimlərinin məqaləsi dərc olunub

"Elmi tədqiqat" Beynəlxalq elmi jurnalında ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika-psixologiya FBK müəllimləri Şükufə Xankişiyeva və Məlahət Rəhimovanın həmmüəllifi olduğu “Yeniyetmələrin idrak fəaliyyətinin hərəkətverici qüvvəsi kimi maraqlar” adlı məqalə dərc edilib.

Tələbələr Beynəlxalq Əlilliyi olan Şəxslər Günündə mərkəzi ziyarət ediblər

3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika-psixologiya FBK müəlliminin təşkilatçılığı ilə İnklüziv təhsil şöbəsinin İT25-03 sb qrup tələbələri Psixo-nevroloji Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər.
Burada tələbələr mərkəzin fəaliyyət istiqamətləri ilə tanış olub, uşaqlarla vaxt keçirərək yaxın ünsiyyət qurublar. Ziyarətdə həmçinin kollecdə fəaliyyət göstərən “Birgə Addım” inklüziv klubunun üzvləri də iştirak ediblər.