“Kitab Mübadiləsi: Oxu və Ötür” adlı tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Pedaqogika-Psixologiya FBK-nın təşkilatçılığı və İnklüziv təhsil “Bərabər birgə addım” klubunun fəaliyyət planı üzrə Nəcəfova Əsma və İsmayılova Günayın rəhbərliyi ilə müəllimlərlə tələbələr arasında kitabxanada
"Kitab Mübadiləsi: Oxu və Ötür" adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd tələbələr arasında kitab oxuma vərdişini yaymaq, paylaşma mədəniyyətini inkişaf etdirmək və klub üzvləri arasında bağları gücləndirmək olub.

“Rəqəmsal qiymətləndirmə prosesləri” mövzusunda seminar keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Müəllimlərin asudə vaxtının səmərəli dəyərləndirilməsi üzrə 5 həftəlik proqram” çərçivəsində 15.05.2026-cı il tarixində Riyaziyyat-İnformatika fənn birləşməsi komissiyasının müəllimləri tərəfindən proqramın dördüncü mərhələsi Yasamal və Sabunçu korpuslarında “Rəqəmsal qiymətləndirmə prosesləri: yükləmə, icra və analitik təhlil” mövzusunda keçirilib.
Müzakirələr zamanı rəqəmsal qiymətləndirmə alətlərinin tətbiqi, test və tapşırıqların platformalara yüklənməsi, onların icra mexanizmləri və nəticələrin analitik təhlili ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
İştirakçılar müxtəlif rəqəmsal platformalarda qiymətləndirmə prosesinin təşkili, nəticələrin statistik emalı, tələbələrin nailiyyət göstəricilərinin izlənilməsi və hesabatların hazırlanması imkanları barədə təqdimatlar ediblər.
Müzakirə zamanı müəllimlər tərəfindən praktiki nümunələr nümayiş etdirilib, rəqəmsal qiymətləndirmənin tədris prosesində şəffaflığın və operativliyin artırılmasına verdiyi töhfələr vurğulanıb.
Eyni zamanda, analitik təhlilin təhsil keyfiyyətinin yüksəldilməsi və fərdi yanaşmanın formalaşdırılması baxımından əhəmiyyəti qeyd olunub.
Daha sonra müəllimlər tərəfindən müxtəlif məntiqi tapşırıqlar və testlər yerinə yetirilib, onların nəticələri qarşılıqlı şəkildə müzakirə olunub.
Tədbir iştirakçıları rəqəmsal texnologiyaların təhsil prosesində tətbiqinin müəllimlərin peşəkar inkişafına və tədrisin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərdiyini vurğulayıblar.
Bu kimi tədbirlər müəllimlərin rəqəmsal kompetensiyalarının inkişafına, innovativ qiymətləndirmə metodlarının tətbiqinə və müasir təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verir.

Biomüxtəlifliyin qorunmasına həsr olunmuş seminar keçirildi

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 29.04.2026-cı il tarixində həyata keçirilən “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: idarəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi çərçivəsində “Ərazi mühafizəsi, park idarəetməsi və maliyyə planlaşdırılması” mövzusunda seminar təşkil olunmuşdur.
Seminarda Azərbaycanın zəngin biomüxtəlifliyə malik xüsusi mühafizə olunan əraziləri, xüsusilə Hirkan Milli Parkı və Şirvan Milli Parkının ekoloji əhəmiyyəti vurğulanmışdır.
Həmin seminarda ADPU-nun nəzdində ADPK-nın direktoru Amalya Sezgin, Təbiət elmləri FBK-nın müəllimləri İbrahimova İlhamə və Abasova Həmidə iştirak etmişdilər.
14.05.2026-cı il tarixində tədbirdə iştirak edən Təbiət elmləri FBK müəllimləri tərəfindən seminar təşkil olunmuşdur. Seminarda Hirkan Milli Parkı və Şirvan Milli Parkının biomüxtəlifliyinin qorunması, maarifləndirmə tədbirlərinin aparılması mövzularına toxunulmuşdur.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanmış, biomüxtəlifliyin qorunması və təbii sərvətlərdən davamlı istifadənin vacibliyi bir daha qeyd edilmişdir.

“Düşüncə dəyişsə, cəmiyyət dəyişər” mövzusunda debat keçirildi

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Pedaqogika-Psixologiya FBK-nın təşkilatçılığı və “Dəyişən Düşüncə” klubunun fəaliyyət planına uyğun olaraq 14.05.2026-cı il tarixində Yüzbaşyeva Günel və Nəsirova Şahnazın təqdimatında “Düşüncə dəyişsə, cəmiyyət dəyişər” mövzusunda debat keçirildi.
Debatda tələbə və müəllim heyəti fəal iştirak etdi.
“Dəyişən Düşüncə” klubunda keçirilən “Düşüncə dəyişsə, cəmiyyət dəyişər” adlı debat iştirakçılar üçün həm intellektual, həm də fəlsəfi baxımdan maraqlı müzakirə mühiti yaratdı.
Debat zamanı yalnız fərdi düşüncənin gücü deyil, həm də onun cəmiyyətin formalaşmasına təsiri araşdırıldı.
Müzakirəyə arxetiplər nəzəriyyəsinin inteqrasiya olunması ilə insan davranışlarının və kollektiv şüurun necə formalaşdığı daha geniş çərçivədə təhlil edildi.
Bu yanaşma göstərdi ki, cəmiyyətin dəyişməsi üçün ilk növbədə insanların düşüncə modellərinin yenilənməsi vacibdir.
İştirakçılar müxtəlif arxetiplərin gücünü müqayisə edərək, hansı düşüncə formalarının cəmiyyətin inkişafına daha çox töhfə verdiyini araşdırdılar.
Beləliklə, debat həm nəzəri, həm də praktik baxımdan yeni ideyaların yaranmasına və düşüncə mədəniyyətinin inkişafına zəmin yaratdı.

“English Skills Development Club”un “Weather and Seasons” mövzusunda növbəti görüşü keçirilib

ADPU-nun nəzdində ADPK-nın xarici dil müəllimləri Amurəhmədova Lalə və Tağıyeva Aynur müəllimənin təşkilatçılığı ilə “English Skills Development Club” çərçivəsində növbəti görüş keçirilmişdir.
Görüşün mövzusu “Weather and Seasons” olmuşdur.
Tələbələr dinləmə bacarıqlarını inkişaf etdirmək məqsədilə müxtəlif audio materiallar üzərində çalışmış, mövzu ilə bağlı qısa sual-cavab fəaliyyətlərində iştirak etmişlər.
Eyni zamanda, dərs zamanı “Present Simple vs Future Simple” qrammatik mövzusu təkrar edilmiş, gündəlik və gələcək planlarla bağlı cümlələrin qurulması üzrə praktik tapşırıqlar yerinə yetirilmişdir.
İnteraktiv və maraqlı keçən görüş tələbələrin həm dil biliklərinin, həm də ünsiyyət bacarıqlarının inkişafına töhfə vermişdir.