ADPU-nun nəzdində ADPK-nın illik fəaliyyət planına uyğun olaraq “Tələbələrin dil öyrənməyə motivasiyasının artırılması yolları” və “Rəqəmsal dövrdə tələbələrin diqqətini cəlb edən tədris üsulları” mövzularında maarifləndirici seminar təşkil olunmuşdur.
Seminar “Xarici dillər” FBK-nın sədri İlhamə Əsgərova və “Ailə və ev təhsili” şöbəsinin müdiri, f.ü.f.d. İradə Babayevanın təşkilatçılığı ilə keçirilmişdir.
Tədbirdə kollecin rəhbərliyi, müəllim heyəti və tələbələr iştirak etmiş, müasir təhsil mühitində xarici dillərin öyrənilməsinin əhəmiyyəti, tələbələrin motivasiyasının artırılması yolları, həmçinin rəqəmsal texnologiyaların tədris prosesində tətbiqi barədə geniş müzakirələr aparılmışdır.
Çıxışlar zamanı interaktiv və innovativ tədris metodlarının tələbələrin dərsə marağının artırılmasında mühüm rol oynadığı vurğulanmış, müəllim–tələbə əməkdaşlığının təhsilin keyfiyyətinə müsbət təsiri diqqətə çatdırılmışdır.
Seminar zamanı iştirakçılarla interaktiv müzakirələr aparılmış, müəllim və tələbələrə mövzu ilə bağlı müxtəlif suallar ünvanlanmışdır.
Verilən suallara iştirakçılar tərəfindən maraqlı, dolğun və ətraflı cavablar verilmiş, onların müasir tədris metodları və dil öyrənmə prosesinə dair fərqli yanaşmaları tədbirə xüsusi rəng qatmışdır.
Tələbələrin fəallığı, müəllimlərin peşəkar fikirləri və qarşılıqlı fikir mübadiləsi seminarın daha səmərəli və yaddaqalan keçməsinə şərait yaratmışdır.