ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Müəllimlərin asudə vaxtının səmərəli dəyərləndirilməsi üzrə 5 həftəlik proqram” çərçivəsində 13.05.2026-cı il tarixində Riyaziyyat-İnformatika fənn birləşməsi komissiyasının müəllimləri tərəfindən proqramın ikinci mərhələsi Yasamal və Sabunçu korpuslarında “Test və sorğuların hazırlanması” mövzusunda keçirilib.
Müzakirələr zamanı müasir qiymətləndirmə üsulları, elektron test və sorğuların hazırlanma prinsipləri, rəqəmsal platformalarda interaktiv tapşırıqların yaradılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
İştirakçılar tədris prosesində obyektiv qiymətləndirmənin təşkili, tələbələrin bilik və bacarıqlarının effektiv şəkildə ölçülməsi, eləcə də rəqəmsal alətlərdən istifadənin üstünlükləri barədə öz təcrübələrini bölüşüblər.
Tədbir çərçivəsində müəllimlər tərəfindən müxtəlif platformalarda test nümunələri hazırlanıb, onların tətbiqi imkanları nümayiş etdirilib və qarşılıqlı müzakirələr aparılıb.
Bu kimi tədbirlər müəllimlərin peşəkar inkişafına, rəqəmsal bacarıqlarının artırılmasına və tədrisdə innovativ yanaşmaların genişləndirilməsinə mühüm töhfə verir.