Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Müəllimlərin asudə vaxtının səmərəli dəyərləndirilməsi üzrə 5 həftəlik proqram” çərçivəsində 14.05.2026-cı il tarixində Riyaziyyat–İnformatika fənn birləşməsi komissiyasının müəllimləri tərəfindən proqramın üçüncü mərhələsi Yasamal və Sabunçu korpuslarında “İnteraktiv testlərin dizaynı” mövzusunda keçirilmişdir.
Müzakirələr zamanı müasir təhsil texnologiyalarından istifadə etməklə interaktiv testlərin hazırlanması prinsipləri, onların tədris prosesində tətbiqi imkanları və qiymətləndirmədə rolu ətrafında fikir mübadiləsi aparılmışdır.
İştirakçılar müxtəlif rəqəmsal platformalarda testlərin dizaynı, vizual tərtibatı, avtomatik qiymətləndirmə funksiyaları və tələbələrin fəallığını artıran interaktiv üsullar barədə təqdimatlar etmişlər.
Tədbir çərçivəsində müəllimlər tərəfindən hazırlanan test nümunələri nümayiş olunmuş, onların effektivliyi müzakirə edilmiş və innovativ yanaşmalarla bağlı təkliflər səsləndirilmişdir.
Eyni zamanda, interaktiv qiymətləndirmə vasitələrinin tələbələrin motivasiyasının artırılmasında və dərs prosesinin daha dinamik təşkilində mühüm rol oynadığı vurğulanmışdır.
Bu kimi tədbirlər müəllimlərin rəqəmsal bacarıqlarının inkişafına, müasir qiymətləndirmə metodlarının tətbiqinə və tədris prosesinin daha səmərəli təşkilinə mühüm töhfə verir.