ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Pedaqogika-Psixologiya FBK-nın təşkilatçılığı və “Dəyişən Düşüncə” klubunun fəaliyyət planına uyğun olaraq 14.05.2026-cı il tarixində Yüzbaşyeva Günel və Nəsirova Şahnazın təqdimatında “Düşüncə dəyişsə, cəmiyyət dəyişər” mövzusunda debat keçirildi.
Debatda tələbə və müəllim heyəti fəal iştirak etdi.
“Dəyişən Düşüncə” klubunda keçirilən “Düşüncə dəyişsə, cəmiyyət dəyişər” adlı debat iştirakçılar üçün həm intellektual, həm də fəlsəfi baxımdan maraqlı müzakirə mühiti yaratdı.
Debat zamanı yalnız fərdi düşüncənin gücü deyil, həm də onun cəmiyyətin formalaşmasına təsiri araşdırıldı.
Müzakirəyə arxetiplər nəzəriyyəsinin inteqrasiya olunması ilə insan davranışlarının və kollektiv şüurun necə formalaşdığı daha geniş çərçivədə təhlil edildi.
Bu yanaşma göstərdi ki, cəmiyyətin dəyişməsi üçün ilk növbədə insanların düşüncə modellərinin yenilənməsi vacibdir.
İştirakçılar müxtəlif arxetiplərin gücünü müqayisə edərək, hansı düşüncə formalarının cəmiyyətin inkişafına daha çox töhfə verdiyini araşdırdılar.
Beləliklə, debat həm nəzəri, həm də praktik baxımdan yeni ideyaların yaranmasına və düşüncə mədəniyyətinin inkişafına zəmin yaratdı.