Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Müəllimlərin asudə vaxtının səmərəli dəyərləndirilməsi üzrə 5 həftəlik proqram” çərçivəsində 15.05.2026-cı il tarixində Riyaziyyat-İnformatika fənn birləşməsi komissiyasının müəllimləri tərəfindən proqramın dördüncü mərhələsi Yasamal və Sabunçu korpuslarında “Rəqəmsal qiymətləndirmə prosesləri: yükləmə, icra və analitik təhlil” mövzusunda keçirilib.
Müzakirələr zamanı rəqəmsal qiymətləndirmə alətlərinin tətbiqi, test və tapşırıqların platformalara yüklənməsi, onların icra mexanizmləri və nəticələrin analitik təhlili ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
İştirakçılar müxtəlif rəqəmsal platformalarda qiymətləndirmə prosesinin təşkili, nəticələrin statistik emalı, tələbələrin nailiyyət göstəricilərinin izlənilməsi və hesabatların hazırlanması imkanları barədə təqdimatlar ediblər.
Müzakirə zamanı müəllimlər tərəfindən praktiki nümunələr nümayiş etdirilib, rəqəmsal qiymətləndirmənin tədris prosesində şəffaflığın və operativliyin artırılmasına verdiyi töhfələr vurğulanıb.
Eyni zamanda, analitik təhlilin təhsil keyfiyyətinin yüksəldilməsi və fərdi yanaşmanın formalaşdırılması baxımından əhəmiyyəti qeyd olunub.
Daha sonra müəllimlər tərəfindən müxtəlif məntiqi tapşırıqlar və testlər yerinə yetirilib, onların nəticələri qarşılıqlı şəkildə müzakirə olunub.
Tədbir iştirakçıları rəqəmsal texnologiyaların təhsil prosesində tətbiqinin müəllimlərin peşəkar inkişafına və tədrisin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərdiyini vurğulayıblar.
Bu kimi tədbirlər müəllimlərin rəqəmsal kompetensiyalarının inkişafına, innovativ qiymətləndirmə metodlarının tətbiqinə və müasir təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verir.