AMEA MEK-də keçirilən ixtisasartırma təlimləri başa çatıb, baş kitabxanaçı Şəhla Hüseynova sertifikata layiq görülüb

26 aprel – 08 may 2026-cı il tarixlərində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA-nın elmi-tədqiqat institutlarında çalışan kitabxanaçıların peşə bacarıqlarının inkişaf etdirilməsi, qabaqcıl təcrübənin yayılması və kitabxana-informasiya sahəsində elmi-innovativ biliklərin tətbiqi məqsədilə keçirilən ixtisasartırma təlimləri başa çatıb.
Təlimlərdə Azərbaycan Dövlət Pedaqoji Kollecinin baş kitabxanaçısı Şəhla Hüseynova da iştirak etmişdir.
O, təlimləri uğurla başa vuraraq sonda sertifikata layiq görülmüşdür.

Sabunçu korpusunda ailə münasibətləri üzrə ekspert Yusif Ədilzadənin iştirakı ilə “Erkən nikah…” mövzusunda maarifləndirici müzakirə keçirilib

12 may 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunun akt zalında “Milli mənəvi dəyərlər və vətəndaşlıq mövqeyi” dərnəyinin təşkilatçılığı ilə Sosial iş, Ailə və ev təhsili, İncəsənət və Fiziki tərbiyə şöbələrinin tələbələri arasında “Erkən nikah, onun görünməyən tərəfləri, risklər və reallıqlar” mövzusunda maarifləndirici söhbət və müzakirələr aparılmışdır.
Söhbəti ailə münasibətləri üzrə ekspert, təlimçi-kouç Yusif Ədilzadə aparmışdır.
Təlim zamanı iştirakçılarla birlikdə erkən nikahın səbəbləri, onun yaratdığı sosial, psixoloji və sağlamlıq problemləri müzakirə edilmişdir.
Gənclər öz hüquqları, seçim azadlığı və gələcəklərini planlaşdırmağın önəmi barədə daha ətraflı məlumat əldə etmişlər.
💬 İnteraktiv müzakirələr və real situasiyalar üzərindən aparılan analizlər iştirakçıların mövzuya fərqli baxış bucağından yanaşmasına imkan yaratmışdır.
Təlimin nəticəsi olaraq gənclərdə erkən nikahın riskləri barədə daha güclü maariflənmə formalaşmış, təhsilin və şəxsi inkişafın əhəmiyyəti bir daha vurğulanmışdır.
✨ İnanırıq ki, bu cür təşəbbüslər gənclərin daha sağlam, şüurlu və müstəqil qərarlar verməsinə dəstək olacaq.

Təsviri incəsənət müəllimi və DM 25/02 SB qrup tələbələri Azərbaycan Milli Xalça Muzeyini ziyarət ediblər

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin DM 25/02 qrup tələbələri Təsviri incəsənət müəllimi Seyfullayeva Aynurun rəhbərliyi ilə Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya ediblər.
Ekskursiya zamanı tələbələr Azərbaycan xalqının qədim, orta əsrlər və müasir dövr dekorativ-tətbiqi sənət nümunələri ilə yaxından tanış olublar.
Tələbələr, həmçinin muzeyin nəzdində fəaliyyət göstərən Uşaq Muzeyini ziyarət edərək burada nümayiş olunan maraqlı ekspozisiyalar və yaradıcı fəaliyyətlərlə tanışlıq imkanı əldə ediblər.

Müəllim və MQT25/02SBr qrupunun tələbələri II Dünya müharibəsində Azərbaycanın rolu mövzusunda Mehdi Hüseynzadənin abidəsini ziyarət ediblər

ADPU-nun nəzdində ADPK-nın “Xarici dillər” FBK-nın rus dili müəllimi Daşdəmirova Xatirə Qabil qızı MQT25/02SBr qrupunun tələbələri ilə birlikdə Azərbaycan xalqının igid oğlu, qəhrəman kəşfiyyatçı Mehdi Hüseynzadənin abidəsini ziyarət ediblər.
Ziyarətdən əvvəl “Azərbaycanın II Dünya müharibəsində rolu” mövzusunda dərs təşkil olunub. Dərs zamanı tələbələr II Dünya müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq, neft sənayesinin cəbhəyə verdiyi dəstək və azərbaycanlı döyüşçülərin tarixi xidmətləri barədə maraqlı təqdimatlarla çıxış edib, mövzu ətrafında geniş müzakirələr aparıblar.
Keçirilən dərsin və təşkil olunan ziyarətin əsas məqsədi tələbələrdə vətənpərvərlik hissinin gücləndirilməsi, tarixi yaddaşın qorunması, milli qəhrəmanlarımızın tanıdılması və gənclərin Azərbaycan tarixini daha dərindən öyrənməyə marağının artırılması olub.
Tələbələr ziyarət zamanı Mehdi Hüseynzadənin şərəfli həyat yolu və göstərdiyi qəhrəmanlıqlar haqqında ətraflı məlumat əldə ediblər.

“Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı” ixtisası üzrə tələbələrin istehsalat təcrübəsi çərçivəsində növbəti görüş keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı” ixtisasının KŞŞİ 23/03 qrupunun tələbələrinin istehsalat təcrübəsi çərçivəsində təcrübə rəhbəri ilə növbəti görüşü keçirildi.
Görüş zamanı tələbələr tərəfindən hazırlanmış layihə Riyaziyyat-İnformatika fənn birləşməsinin müəllimlərinə təqdim olundu və təcrübə müddətində görülən işlər müzakirə edildi.
Həmçinin, tələbələrin hazırladıqları layihələrə baxış keçirildi.