“Müalicəvi Pedaqogika (Curative Education)” mövzusunda ilk mühazirə keçirilib

15 may 2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci və “Humayun” QHT-nin birgə təşkilatçılığı ilə mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Natalya Aleksandrovna Moskviçevanın təqdimatında ölkəmizdə ilk dəfə “Müalicəvi Pedaqogika (Curative Education)” mövzusunda mühazirə keçirilmişdir.

Sabunçu tədris korpusunda mülki müdafiə üzrə xəbərdarlıq və toplanış məşqi keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Mülki Müdafiə Tədbirlər Planına uyğun olaraq Sabunçu tədris korpusunda Xəbərdarlıq və Toplanış məşqi keçirildi.
Məşqin keçirilməsində əsas məqsəd kollecdə xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması, əməkdaşların və tələbə heyətinin fövqəladə hallar zamanı nəzərdə tutulmuş müddət ərzində binadan təxliyə olunaraq təhlükəsiz sahəyə toplanması üzrə praktiki vərdişlərin aşılanmasından ibarət idi.
Təlimdə kollecin inzibati, pedaqoji və tələbə heyəti iştirak etdi.
 

“İnteraktiv testlərin dizaynı” mövzusunda təlim-müzakirə keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Müəllimlərin asudə vaxtının səmərəli dəyərləndirilməsi üzrə 5 həftəlik proqram” çərçivəsində 14.05.2026-cı il tarixində Riyaziyyat–İnformatika fənn birləşməsi komissiyasının müəllimləri tərəfindən proqramın üçüncü mərhələsi Yasamal və Sabunçu korpuslarında “İnteraktiv testlərin dizaynı” mövzusunda keçirilmişdir.
Müzakirələr zamanı müasir təhsil texnologiyalarından istifadə etməklə interaktiv testlərin hazırlanması prinsipləri, onların tədris prosesində tətbiqi imkanları və qiymətləndirmədə rolu ətrafında fikir mübadiləsi aparılmışdır.
İştirakçılar müxtəlif rəqəmsal platformalarda testlərin dizaynı, vizual tərtibatı, avtomatik qiymətləndirmə funksiyaları və tələbələrin fəallığını artıran interaktiv üsullar barədə təqdimatlar etmişlər.
Tədbir çərçivəsində müəllimlər tərəfindən hazırlanan test nümunələri nümayiş olunmuş, onların effektivliyi müzakirə edilmiş və innovativ yanaşmalarla bağlı təkliflər səsləndirilmişdir.
Eyni zamanda, interaktiv qiymətləndirmə vasitələrinin tələbələrin motivasiyasının artırılmasında və dərs prosesinin daha dinamik təşkilində mühüm rol oynadığı vurğulanmışdır.
Bu kimi tədbirlər müəllimlərin rəqəmsal bacarıqlarının inkişafına, müasir qiymətləndirmə metodlarının tətbiqinə və tədris prosesinin daha səmərəli təşkilinə mühüm töhfə verir.

Tələbələrin motivasiyası və rəqəmsal tədris üsullarına həsr olunmuş seminar keçirilib

ADPU-nun nəzdində ADPK-nın illik fəaliyyət planına uyğun olaraq “Tələbələrin dil öyrənməyə motivasiyasının artırılması yolları” və “Rəqəmsal dövrdə tələbələrin diqqətini cəlb edən tədris üsulları” mövzularında maarifləndirici seminar təşkil olunmuşdur.
Seminar “Xarici dillər” FBK-nın sədri İlhamə Əsgərova və “Ailə və ev təhsili” şöbəsinin müdiri, f.ü.f.d. İradə Babayevanın təşkilatçılığı ilə keçirilmişdir.
Tədbirdə kollecin rəhbərliyi, müəllim heyəti və tələbələr iştirak etmiş, müasir təhsil mühitində xarici dillərin öyrənilməsinin əhəmiyyəti, tələbələrin motivasiyasının artırılması yolları, həmçinin rəqəmsal texnologiyaların tədris prosesində tətbiqi barədə geniş müzakirələr aparılmışdır.
Çıxışlar zamanı interaktiv və innovativ tədris metodlarının tələbələrin dərsə marağının artırılmasında mühüm rol oynadığı vurğulanmış, müəllim–tələbə əməkdaşlığının təhsilin keyfiyyətinə müsbət təsiri diqqətə çatdırılmışdır.
Seminar zamanı iştirakçılarla interaktiv müzakirələr aparılmış, müəllim və tələbələrə mövzu ilə bağlı müxtəlif suallar ünvanlanmışdır.
Verilən suallara iştirakçılar tərəfindən maraqlı, dolğun və ətraflı cavablar verilmiş, onların müasir tədris metodları və dil öyrənmə prosesinə dair fərqli yanaşmaları tədbirə xüsusi rəng qatmışdır.
Tələbələrin fəallığı, müəllimlərin peşəkar fikirləri və qarşılıqlı fikir mübadiləsi seminarın daha səmərəli və yaddaqalan keçməsinə şərait yaratmışdır.
 

“Test və sorğuların hazırlanması” mövzusunda proqramın ikinci mərhələsi keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Müəllimlərin asudə vaxtının səmərəli dəyərləndirilməsi üzrə 5 həftəlik proqram” çərçivəsində 13.05.2026-cı il tarixində Riyaziyyat-İnformatika fənn birləşməsi komissiyasının müəllimləri tərəfindən proqramın ikinci mərhələsi Yasamal və Sabunçu korpuslarında “Test və sorğuların hazırlanması” mövzusunda keçirilib.
Müzakirələr zamanı müasir qiymətləndirmə üsulları, elektron test və sorğuların hazırlanma prinsipləri, rəqəmsal platformalarda interaktiv tapşırıqların yaradılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
İştirakçılar tədris prosesində obyektiv qiymətləndirmənin təşkili, tələbələrin bilik və bacarıqlarının effektiv şəkildə ölçülməsi, eləcə də rəqəmsal alətlərdən istifadənin üstünlükləri barədə öz təcrübələrini bölüşüblər.
Tədbir çərçivəsində müəllimlər tərəfindən müxtəlif platformalarda test nümunələri hazırlanıb, onların tətbiqi imkanları nümayiş etdirilib və qarşılıqlı müzakirələr aparılıb.
Bu kimi tədbirlər müəllimlərin peşəkar inkişafına, rəqəmsal bacarıqlarının artırılmasına və tədrisdə innovativ yanaşmaların genişləndirilməsinə mühüm töhfə verir.