Məktəbəqədər Təhsil şöbəsinin MQT24/01SB tələbələri Montessori Azərbaycan Uşaq Yaradıcılıq və İnkişaf Mərkəzində keçirilən “Məktəbəqədər Təhsildə Montessori Metodu Yanaşması” adlı təlimdə iştirak etmişlər. 
Təlim zamanı tələbələr Montessori metodunun əsas prinsipləri, uşağın müstəqil inkişafının dəstəklənməsi, praktik fəaliyyətlərin təşkili və müasir məktəbəqədər təhsil yanaşmaları haqqında ətraflı məlumat əldə etmişlər.
Təlim interaktiv müzakirələr və praktik nümunələrlə yadda qalmışdır.