Müalicəvi Pedaqogika mövzusunda ölkəmizdə ilk dəfə mühazirə keçiriləcək

15 may 2026-cı il tarixində saat 15:00-da ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci və "Humayun" QHT-nin birgə təşkilatçılığı ilə mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Natalya Aleksandrovna Moskviçevanın təqdimatında ölkəmizdə ilk dəfə Müalicəvi Pedaqogika (Curative Education) mövzusunda mühazirə keçiriləcəkdir.

Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş dəyirmi masa təşkil olunub

ADPU-nun nəzdində ADPK-də Təbiət elmləri fənn birləşmə komissiyasının coğrafiya müəllimi Sadıqova Vüsalə və KŞATS 25/01SB qrup tələbələrinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur.
Dəyirmi masada Ulu Öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat verilmiş, onun Azərbaycan dövlətçiliyinin inkişafındakı misilsiz xidmətlərindən bəhs edilmişdir.
Tədbirdə tələbələr tərəfindən şeirlər səsləndirilmiş, təqdimatlar nümayiş olunmuşdur.
Dəyirmi masanın əsas məqsədi gənc nəslə Heydər Əliyev irsini tanıtmaq, milli dəyərlərə və dövlətçiliyə hörmət hissini aşılamaq olmuşdur.

Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş “Məşələ çevrilən həyat” adlı tədbir keçirilib

8 may 2026-cı ildə ADPU-nun nəzdində ADPK-da Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Məşələ çevrilən həyat” adlı tədbir keçirildi.
Tədbir Humanitar FBK-nın fəaliyyət planına uyğun olaraq təşkil olunub.
Tədbir Humanitar FBK-nın müəllimi Zəliyeva Nailənin təşkilatçılığı ilə keçirildi.
Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın müstəqilliyi uğrunda atdığı addımlardan və bu yolda apardığı mübarizədən bəhs olunub, tələbələr öz çıxışlarında bu mövzular haqqında geniş danışıblar. Tədbirə rəngarənglik qatan gözəl rəqslər və mahnılar da səsləndirilib.
Tədbirin sonunda ADPK-nın direktoru Amalya Sezgin çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Tələbələr üçün Səməd Vurğunun Ev Muzeyinə ekskursiya təşkil olunub

ADPU-nun nəzdində ADPK-nın rus dili müəllimi Əliyeva Sevincin təşkilatçılığı ilə MQT25/02SBr qrupu üçün Səməd Vurğunun Ev Muzeyinə ekskursiya təşkil edilib.
Ziyarətin məqsədi tələbələrin Azərbaycan ədəbiyyatına marağını artırmaq, görkəmli şairin həyat və yaradıcılığı ilə yaxından tanış olmalarını təmin etmək olub.
Ekskursiya zamanı tələbələr muzeydə nümayiş olunan şəxsi əşyalar, əlyazmalar, fotoşəkillər və müxtəlif tarixi eksponatlarla tanış olublar.
Muzey əməkdaşları tərəfindən Səməd Vurğunun ədəbi fəaliyyəti, Azərbaycan poeziyasına verdiyi töhfələr və zəngin yaradıcılığı haqqında ətraflı məlumat təqdim edilib.
Belə maarifləndirici ekskursiyalar tələbələrin dünyagörüşünün genişlənməsinə, milli-mənəvi dəyərlərimizin daha yaxından öyrənilməsinə və ədəbiyyata marağın artırılmasına mühüm töhfə verir.

Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş voleybol üzrə yoldaşlıq görüşü keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş oğlanlar arasında voleybol üzrə yoldaşlıq görüşü Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə 117 saylı tam orta məktəbin komandaları arasında keçirilmişdir.
Yüksək idman əzmi, güclü komanda ruhu və maraqlı mübarizə ilə yadda qalan qarşılaşma tamaşaçılar tərəfindən böyük maraqla izlənilmişdir. Gərgin keçən oyunun sonunda 117 saylı tam orta məktəbin komandası 3:2 hesabı ilə qalib gəlmişdir.
Keçirilən bu görüş gənclər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə, idmana olan marağın artırılmasına və sağlam həyat tərzinin təbliğinə öz töhfəsini vermişdir. Hər iki komandaya gələcək yarışlarda yeni uğurlar arzulayırıq.