ADPU-nun nəzdində ADPK-nın Azərbaycan dili və ədəbiyyat FBK-nın təşkilatçılığı ilə fəaliyyət göstərən “Kitabsevərlər klubu”nun növbəti görüşü keçirilib.
Görüşdə tələbələr və müəllimlər fəal iştirak etmişlər.
Tədbir çərçivəsində iştirakçılar “Ən son oxuduğum kitab” mövzusunda çıxış edərək oxuduqları əsər haqqında məlumat vermiş, kitabın ideyası, qəhrəmanları və onlarda yaratdığı təəssüratlar barədə fikir mübadiləsi aparmışlar.
Müzakirələr zamanı fərqli fikirlər səsləndirilmiş, hər bir iştirakçı öz düşüncələrini sərbəst şəkildə ifadə etmişdir.
Bu isə görüşün daha maraqlı keçməsinə şərait yaratmışdır.
Klub görüşündə tələbələrə oxuyub növbəti görüşdə müzakirə aparılması üçün müxtəlif məzmunlu kitablar hədiyyə olunmuşdur.
Klubun fəaliyyəti tələbələrdə mütaliə vərdişlərinin inkişafına, onların dünyagörüşünün genişlənməsinə və analitik düşünmə qabiliyyətlərinin formalaşmasına müsbət təsir göstərir.