Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş oğlanlar arasında voleybol üzrə yoldaşlıq görüşü Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə 117 saylı tam orta məktəbin komandaları arasında keçirilmişdir.
Yüksək idman əzmi, güclü komanda ruhu və maraqlı mübarizə ilə yadda qalan qarşılaşma tamaşaçılar tərəfindən böyük maraqla izlənilmişdir. Gərgin keçən oyunun sonunda 117 saylı tam orta məktəbin komandası 3:2 hesabı ilə qalib gəlmişdir.
Keçirilən bu görüş gənclər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə, idmana olan marağın artırılmasına və sağlam həyat tərzinin təbliğinə öz töhfəsini vermişdir. Hər iki komandaya gələcək yarışlarda yeni uğurlar arzulayırıq.