İstehsalat təcrübəsindən uğurlu addımlar!
Kollecimizin tələbələri — MQT23/01SB qrupu — hazırda 201 saylı məktəbəqədər təhsil müəssisəsində istehsalat təcrübəsi keçirlər. Təcrübə müddətində tələbələr əldə etdikləri nəzəri bilikləri praktik bacarıqlara çevirmək imkanı qazanırlar.
Tələbələr məktəbəqədər təhsil sahəsində müxtəlif fəaliyyətlərdə iştirak edir, uşaqlarla işləmək bacarıqlarını inkişaf etdirir və açıq məşğələlər təşkil edirlər.
Açıq məşğələlərin hazırlanması və keçirilməsi zamanı bağçanın rəhbərliyi və pedaqoji kollektivi tələbələrə daim dəstək göstərir, səmimi münasibəti və dəyərli tövsiyələri ilə onların peşəkar inkişafına yardım edir.
Bu əməkdaşlıq tələbələrin gələcək fəaliyyətlərində mühüm təcrübə qazanmalarına və peşəkar müəllim kimi formalaşmalarına böyük töhfə verir.
201 saylı bağçanın rəhbəri Nahidə xanım Əhmədovaya və pedaqoji kollektivə dərin təşəkkürümüzü bildiririk.