“Kitabsevərlər klubu”nun növbəti görüşü keçirilib

ADPU-nun nəzdində ADPK-nın Azərbaycan dili və ədəbiyyat FBK-nın təşkilatçılığı ilə fəaliyyət göstərən “Kitabsevərlər klubu”nun növbəti görüşü keçirilib.
Görüşdə tələbələr və müəllimlər fəal iştirak etmişlər.
Tədbir çərçivəsində iştirakçılar “Ən son oxuduğum kitab” mövzusunda çıxış edərək oxuduqları əsər haqqında məlumat vermiş, kitabın ideyası, qəhrəmanları və onlarda yaratdığı təəssüratlar barədə fikir mübadiləsi aparmışlar.
Müzakirələr zamanı fərqli fikirlər səsləndirilmiş, hər bir iştirakçı öz düşüncələrini sərbəst şəkildə ifadə etmişdir.
Bu isə görüşün daha maraqlı keçməsinə şərait yaratmışdır.
Klub görüşündə tələbələrə oxuyub növbəti görüşdə müzakirə aparılması üçün müxtəlif məzmunlu kitablar hədiyyə olunmuşdur.
Klubun fəaliyyəti tələbələrdə mütaliə vərdişlərinin inkişafına, onların dünyagörüşünün genişlənməsinə və analitik düşünmə qabiliyyətlərinin formalaşmasına müsbət təsir göstərir.

Emil Ağayev beynəlxalq konfranslarda uğurla təmsil olunub

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “İncəsənət və fiziki tərbiyə” FBK müəllimi Emil Ağayev Ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilmiş Qərbi Kaspi Universiteti, Dillər Universiteti və Bakı Slavyan Universitetində keçirilən beynəlxalq konfranslarda fərqli mövzularda elmi məruzələrlə çıxış edərək sertifikatlara layiq görülmüşdür.
Həmçinin Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq konfransda moderator kimi çıxış edərək sertifikata layiq görülmüşdür.

İstehsalat təcrübəsində uğurlu addımlar: tələbələrimiz praktik bacarıqlarını inkişaf etdirirlər

İstehsalat təcrübəsindən uğurlu addımlar!
Kollecimizin tələbələri — MQT23/01SB qrupu — hazırda 201 saylı məktəbəqədər təhsil müəssisəsində istehsalat təcrübəsi keçirlər. Təcrübə müddətində tələbələr əldə etdikləri nəzəri bilikləri praktik bacarıqlara çevirmək imkanı qazanırlar.
Tələbələr məktəbəqədər təhsil sahəsində müxtəlif fəaliyyətlərdə iştirak edir, uşaqlarla işləmək bacarıqlarını inkişaf etdirir və açıq məşğələlər təşkil edirlər.
Açıq məşğələlərin hazırlanması və keçirilməsi zamanı bağçanın rəhbərliyi və pedaqoji kollektivi tələbələrə daim dəstək göstərir, səmimi münasibəti və dəyərli tövsiyələri ilə onların peşəkar inkişafına yardım edir.
Bu əməkdaşlıq tələbələrin gələcək fəaliyyətlərində mühüm təcrübə qazanmalarına və peşəkar müəllim kimi formalaşmalarına böyük töhfə verir.
201 saylı bağçanın rəhbəri Nahidə xanım Əhmədovaya və pedaqoji kollektivə dərin təşəkkürümüzü bildiririk.
 

Tələbələrimiz Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibəti ilə ATGT tərəfindən təşkil olunan fəxri xiyabana yürüşdə tələbələrimiz iştirak etmiş və Heydər Əliyevin məzarını ziyarət edərək gül dəstələri qoymuşlar.

Yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici dərs keçirildi

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 05.06.07 may 2026-cı il tarixində Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissəsi tərəfindən "Yanğın-taktiki hazırlıq" fənni üzrə dərs keçirildi.
Kollecin yanğına qarşı ləvazimatlarının və qurğuların vəziyyəti yoxlanıldı, yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə maarifləndirici məlumatlar verildi.