“Baharın rəngləri – Novruzun nəfəsi” sərgisi keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal korpusunda Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində “Baharın rəngləri – Novruzun nəfəsi” adlı sərgi keçirilib.
Sərgidə kollecin dekorativ tətbiqi sənət, rəngkarlıq və dizayn-moda ixtisasında təhsil alan tələbələrin və eləcə də ixtisas müəllimlərinin hazırladıqları əl işləri vasitəsilə baharın təravəti, Novruzun zəngin milli-mənəvi dəyərləri və ənənələri bədii şəkildə təqdim olunub. Rəngarəng və yaradıcı nümunələr qonaqlar tərəfindən böyük maraqla qarşılanıb, iştirakçılarda xoş və yaddaqalan təəssüratlar formalaşdırıb.
Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Əcnəbi Dillər kafedrasının baş müəllimləri, Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov, tədris hissə müdiri Hilalə İbadova, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, 18 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Leyla Fətiyeva, “Bağçam” Uşaq Bağçaları şəbəkəsinin baş direktoru Samirə Dünyamalıyeva, menecer Xalidə Rzayeva, “YURDUM” Eko-Sosial Kəndinin sədri Firəngiz Hüseynova və digər əməkdaşları iştirak ediblər.

“Xalq qəzeti”ndə Sevda Axundovanın məqaləsi dərc olunub

“Xalq qəzeti”ndə ADPU-nun Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial şəbəkələrdə fəaliyyəti ilə bağlı direktoru Sevda Axundovanın “Bəşəri Dəyər Çevrilən Milli Bayram – Novruz” adlı məqaləsi dərc olunub.
Məqalədə Novruz bayramının tarixi kökləri, fəlsəfi mahiyyəti və Azərbaycan xalqının milli-mənəvi dəyərlərini formalaşdıran rolu əhatəli şəkildə təqdim edilir. Qeyd olunur ki, Novruz yalnız təbiətin oyanışını ifadə etmir, eyni zamanda yenilənmə, birlik, humanizm və milli identikliyin qorunmasının mühüm rəmzidir. Bununla yanaşı, bayramın gündəliyi adət-ənənələri, çərşənbələr sistemi, folklor elementləri və dövlət təfəkkürü ilə əlaqə də qayğıya çatdırılır.
https://lnkd.in/eTzPWp3h

“Conversation Club” çərçivəsində peşəkar təqdimat mövzusunda görüş keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Xarici dillər FBK-nın təşkilatçılığı ilə fəaliyyət göstərən “Conversation Club” çərçivəsində “Introducing Yourself in a Professional Setting” mövzusunda növbəti görüş keçirilib.
Tədbirin məqsədi iştirakçıların peşəkar mühitdə özlərini düzgün və inamlı şəkildə təqdim etmə bacarıqlarını inkişaf etdirmək olub. Görüş zamanı effektiv təqdimat üsulları, peşəkar ünsiyyət qaydaları və ilk təəssüratın əhəmiyyəti haqqında məlumat verilib.
Sessiya interaktiv müzakirələr və praktiki tapşırıqlar əsasında təşkil olunub. Tələbələr müxtəlif situasiyalar üzərində işləyərək özünüifadə və kommunikasiya bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.
“Conversation Club”un növbəti görüşlərində də tələbələrin dil və ünsiyyət bacarıqlarının inkişafına yönəlmiş mövzuların müzakirəsi davam etdiriləcək.

MQT 25/04SBr qrup tələbəsi Atçılıq Federasiyasının yarışında iştirak edib

19–20 fevral 2026-cı il tarixlərində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin MQT 25/04SBr qrup tələbəsi Məryəm Həbibova da iştirak edib. Tələbəmiz “E” kateqoriyası üzrə 80 sm hündürlükdə qurulan maneələrdən ibarət "Kankur" yarışında öz bacarığını nümayiş etdirib.

Narkomaniyaya qarşı mübarizə mövzusunda dəyirmi masa keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika-psixologiya fənn birləşmələrinin təşkilatçılığı ilə “Narkomaniya: sosial təhdid və cəmiyyət məsuliyyəti” mövzusunda yirmi dənə masa təşkil edilmişdir.
tədbirdə qeyd edilib ki, narkomaniya yalnız fərdi problem deyil, bütün cəmiyyətlər üçün ciddi sosial təhlükədir. Bu bəla və sosial insan sağlamlığına, ailə münasibətlərinə mühitə təsir göstərir.
Dəyirmi narkomaniyanın yaranma riski xəstəlikləri, gənclər arasında yayılma, onun təmizlənməsində ailənin, təhsil müəssisələrinin və cəmiyyətin rolu müzakirə olunub.